Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Aprel » 2 » GVB Şuranın dəstəyi ilə həyata keçirdiyi laiyihənin ilk tədbirini Sumqayıtda keçirdi
13:36
GVB Şuranın dəstəyi ilə həyata keçirdiyi laiyihənin ilk tədbirini Sumqayıtda keçirdi
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ““Narkotoklərdən əl çəkək!” devizi altında gənclərin iştirakı ilə regionlara avto-turun təşkil olunması və idman yarışlarının keçirilməsi” adlı layihə çərçivəsində Sumqayıt şəhər “TEYD” idman kompleksində “Kütləvi bədən tərbiyəsinin təbliği və narkomaniyanın ziyanlı nəticələri” mövzusunda elmi-nəzəri praktik konfrans keçirilib. qhtxeber.az-ın məlumatına görə, klublararası” Şotakan” karate-do növü üzrə “Milli karate federasiyasının Sumqayıt şəhər “Dostluq” əlbəyaxa döyüş növləri üzrə idman klubu ilə birgə idman yarışı da baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Elnur Bağırlı, Milli karate federasiyasının prezidenti Y.Bəşirov, Kontakt karate federasiyasının prezidenti C.Seyidov, Sityo-ryu” Sakura” karate-do klubun prezidenti Z.Əliyev, Azərbaycan “Toğrul” Sport klubun prezidenti R.İbrahimli, əməkdar məşqçi O.Məmmədov, GVB-nin İH, təşkilat komitəsinin üzvüləri və Sumqayıt şəhər idman ictimayətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə acan Milli karate-do federasiyasının Sumqayıt şəhər üzrə “Dostluq” Əlbəyaxa döyüş növləri üzrə idman klubunun prezidenti R.Hasıyev bu yönlü tədbirin Sumqayıt şəhərində keçiriləsinin vacibliyini bildirib. O, gənclərin sağlam həyatını qorumaq məqsədi ilə onları narkotikdən, pis vərdişlərdən qorumalı və gənclərimizi idmanın bir növü ilə məşğul olmağa cağırıb. Sonra sözü layihənin rəhbəri, Şərq əlbəyaxa döyüş növləri üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi M.Əliyevə verib. O 31 mart soyqırımı haqqında söhbət açaraq ermənilərin vəhşiliyindən danışıb. Sonra layihənin bir neçə mərhələdə icra olunacağını deyib. Plana uyğun idman yarışlarının, elmi-nəzəri praktik tədbirlərin idman cəmiyyətlərində keçirilməsinin vacibliyini bildirən layihənin rəhbəri onu da qeyd edib ki, zərərli vərdişlərin təsirinə düşmək istiqamətində riskli davranışlara yol verməməsi ilə bağlı QİÇS, narkomaniya, içki aludəçiliyinə, siqaret çəkmək kimi vərdişlərə yiyələnməsinin mənfi tərəfləri ilə bağlı idman yarışları, maarifləndirmə işləri aparılmalıdır.
Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, bu gün ən vacib məsələlərdən biri gənclərimizin sağlam həyatını, gələcəyini, eyni zamanda, narkotiklərdən pis vərdişlərdən qorumalı və onları asudə vaxtlarını səmərəli keçirmək baxımından müxtəlif dərnəklərə, idman bölmələrinə cəlb elmək hamımızın borcudur.
Ekspert həkim Ə. Abbasquliyev bildirib ki, Azərbaycanda narkomaniya problemi bir sıra dünya ölkələri ilə müqayisədə faciəli həddə çatmasa da, son illər narkomanların artım dinamikası narahatlıq doğurmaya bilməz: “Rəsmi statiskaya görə, Azərbaycanda ötən il 18 mindən artıq narkotik istifadəçisi qeydə alınmışdısa, bu il bu göstərici 21 min 80 nəfər olub. Ancaq qeyri-rəsmi statiskaya görə, narkomanların sayı 180-200 min nəfər təşkil edir. Fövqaladə vəziyyət ondan ibarətdir ki, narkomaniya probleminin mərkəzində 15-30 yaşında gənclər və qadınlar dayanır. Əvvəllər narkotikdən istifadə edənlər 25-30 yaş həddində idilərsə, indi bu göstərici 15-18 yaşa qədər enib. Buna baxmayaraq, dünya təcrübəsi göstərir ki, zərərli vərdişlərdən qorunmaq üçün kompleks profilaktik tədbirlər həyata keçirmək, gənclər arasında sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işləri aparmaq lazımdır.
Federasiya və klub prezidentləri Seyidov, R İbrahimli, Z.Əkbərov, R.Hasıyev, O.Məmmədov, Şotakan karate üzrə avropa cempionu R.Əliyev, qaydasız döyüş üzrə dünya çempionu R .İbrahimov, Şahin Əsədov, kaskadyor Ə.Həsənov və başqaları bu layihənin mahiyyətinin vacibliyindən söhbət açaraq bildiriblər ki, bu yönlü konfransların, görüşlərin və idman yarışlarının keçirilməsi vacibdir.
Baxışlar: 589 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024