Gənc Vətənpərvərlər Birliyinin (GVB) İdarə Heyəti 2013-cü ilin yekunları ilə bağlı iclas keçirib. İclasda İdarə Heyətinin üzvləri, birliyin komissiya sədrlərinin müşavirləri, regional şöbələrin əməkdaşları , fəxri üzvlər və üzv olan təşkilatların nümayəndələri iştirak edib.
qhtxeber.az-a daxil olan məlumata görə, iclası acan GVB-nin sədri Müqamət Əliyev ilk növbədə Azərbaycan xalqını və təşkilat üzvlərini qarşıdan gələn Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Çıxışına davam edən Birlik sədri 2013-cü ilin təşkilat üçün çox məhsuldar il olduğunu qeyd edib, Birlik tərəfindən uğurlu layihələrə imza atıldığını vurğulayıb və görülən işlər barədə məlumat verib.
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri N. Qaçayev il ərzində görülən işlər barəsində geniş məlumat verərək qeyd edib ki, 2013 –ci ildə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondu tərəfindən maliyyələşən layihələr Bakı şəhəri və ətraf rayonlarda uğurla həyata keçirilib və bu layihələrdən çoxsaylı gənc faydalanıb: "Bundan əlavə, fərdi qaydada üzv olmaq üçün Lənkərandan ,Gəncədən, Samuxdan, Şəmkirdən və Daşkəsəndən çoxsaylı gənc ərizə ilə təşkilata müraciət edib”. İclasın sonunda İdarə Heyəti bir sıra qərarlar qəbul edib.
Hamlet
|