Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Dekabr » 3 » GVB layihəyə yekun vurdu
11:13
GVB layihəyə yekun vurdu
qhtxeber.az - Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 sentyabr – 3 dekabr 2013-cü ildə həyata keçirilən "Vətən bizim and yerimiz: Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihənin hesabat keçirib. 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, şöbə və dayaq mərkəzləri, QHT və KİV nümayəndələri iştirak edib. 
Təşkilatın sədri Müqamət Əliyev bildirib ki, layihənin məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların psixoloji və ideoloji cəhətdən hazırlanması və ümumtəhsil məktəblərində fiziki hazırlıq işlərinin yeni metodlarla tətbiq olunmasına köməklik etməkdən ibarət olub: "Layihədə əsasən yeniyetmə və gənclər arasında fiziki-mənəvi hazırlıq, vətənpərvərlik ruhunun qaldırılması, onların tarixə, dövlətçiliyə və milli-mədəni və əxlaqi dəyərlərə hörmətlə yanaşmaları məsələsi əsas götürülüb”. Sentyabr – noyabr aylarında layihə ilə əlaqədar bir çox yerlərdə - MOK-un Olimpiya Mərkəzi, Gənclər və İdman nazirliyinin İdman kompleksində, DİN-in İdman cəmiyyətində və digər yerlərdə seminar, Dəyirmi masa və təlimlərin keçirildiyini xatırladan M. Əliyev hərbi-vətənpərvərlik tərbiyəsi mövzusunda bukletlərin hazırlanaraq məktəb və idman cəmiyyətlərində paylandığını və bir çox idman yarışlarının keçirildiyini diqqətə çatdırıb. 
Birlik rəhbəri həmçinin qeyd edib ki, sözügedən layihədə 18 yaşadək 300 nəfər, 18-30 yaşınadək 600 nəfər, ümumilikdə layihədən bəhrələnənlər isə 400 nəfərdən çox olub: "Bu layihə təşkilatın işinə müsbət təsir göstərib. Belə ki, təşkilatın üzvlərinin sayı genişlənib və layihənin idarə olunması sahəsindəki təcrübəsi artıb”. 
Sonda GVB-nin İdarə Heyətinin üzvü, Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri İ. Rüstəmzadə, AMEA –nın elmi işcisi S. Zülfüqarova , GVB –nin fəxri üzvü Z. Kazımov, Milli karate federasiyasının baş katibi C. Seyidov və digərləri fəxri dipomlara layiq görülüblər.
Baxışlar: 544 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024