Saytın menyusu
Statistika

Onlaynda cəmi: 17
Qonaqlar: 17
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Bu, Azerbaycanın işğal edilen sonuncu rayon olub
Bu gün Azerbaycanın Zengilan rayonunun işğalının 16-cı ili tamam olur. Lent.az-ın melumatına göre, rayon 29 oktyabr 1993-cü ilde tecavüzkar Ermenistan Respublikası terefinden işğal olunub.
Zengilanın işğal olunmasından bir müddet evvel bütün texnika erazini terk edib. Bundan sonra rayonunun müdafiesi özünümüdafie destelerinin ümidine qalıb. Lakin özünümüdafie desteleri de ermeni silahlı birleşmelerinin hücumlarının qarşısını ala bilmeyib.
Zengilana ermeni qüvvelerinin daxil olacağı rayon camaatı bilib. Buna göre de rayon sakinleri derelerde geceleyib. Ermeni tankları 4 terefden rayona hücuma keçerek 2-ci Xocalı faciesini töretmek istese de, bu baş tutmayıb. Ehali celd terpenerek özünü Araz çayına atıb ve İran erazisine keçib. Bununla da ... Ardını oxumaq »
Baxışlar: 2407 | Əlavə etdi: GVB | Tarix: 29.10.2009 | Şərhlər (0)

Доступно только для пользователейƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.
Aşağıda bu faktların bir qismi göstərili ... Ardını oxumaq »
Baxışlar: 878 | Əlavə etdi: Natiq | Tarix: 28.10.2009 | Şərhlər (0)

Sabah Zəngilan rayonunun işğalı günüdür Zəngilan rayonunun işğalından 16 il keçir. Rayon 1993-cü il 29 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb. Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, ... Ardını oxumaq »
Baxışlar: 737 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

Artıq 2078 gün keçmişdir !
Baxışlar: 689 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-də bir necə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni ordusu saat 20.00-dan 20.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.40-dan 21.00-dək və 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi, saat 23.40-dan 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndi, oktyabrın 28-də saat 02.25-dən 02.52-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. sia.az
Baxışlar: 760 | Əlavə etdi: GVB | Tarix: 28.10.2009 | Şərhlər (0)

ABŞ xarici siyasət idarəsi dünyada dini vəziyyətlə bağlı hesabat yayıb ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu dünyada dini vəziyyətlə bağlı hesabat yayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Konstitusiyası din azadlığını təsdiqləsə də, 18 mart 2009-cu il referendumu ilə Konstitusiyaya edilmiş dəyişikliklər dinin təbliğini qadağan edir. Bundan başqa, 8 may 2009-cu il tarixində Milli Məclis tərəfindən qəbul edilən və 19 may 2009-cu il tarixində prezident tərəfindən təsdiqlənən “Dini azadlıq haqqında” Qanun dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər: “Buna baxmayaraq, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörməti davam etdirir. Amma qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır”. Sənəddə deyilir ki, hesabat dövründə Azərbaycan hökumətinin din azadlığına hörməti sahəsində vəziyyət nisbətən pisləşib: “Məscidlər bağlanıb, dövlət yerlərdə pr ... Ardını oxumaq »
Baxışlar: 715 | Əlavə etdi: GVB | Tarix: 27.10.2009 | Şərhlər (0)

Amerika Birləşmiş Ştatları Türkiyə-Ermənistan protokolunun imzalanmasını bölgə üçün müsbət addım hesab edir. Lakin bunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olduğunu düşünmür.Bu fikri ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri jurnalistlərə açıqlamasında səsləndirib. “Türkiyə-Ermənistan münasibətləri ilə Dağlıq Qarabağ məsələsinin ayrı-ayrı mövzular olduğunu düşünürük. Lakin Türkiyədə bunların eyniləşdirənlər var və bu, normaldır. Hər halda son qərarı Türkiyə Böyük Millət Məclisi verəcək”, - deyə səfir bildirib. Yaşananları demokratik bir proses adlandıran Cefri demokratiyaya inandıqlarını və bütün problemlərin həllinə tərəfdar olduqlarını bəyan edib. O, habelə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupu çərçivəsində də səylər göstərdiyini qeyd edib. sia.az
Baxışlar: 917 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

İşğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalıdır. Mən əminəm ki, Ermənistan hökuməti də belə düşünür. Hökumətin bundan başqa düşünəcəyi variant da yoxdur”. Bunu Türkiyənin “Axşam” qəzetinə müsahibəsində Almaniya ermənilərinin patriarxı Qareqin Beqciyan bildirib. Onun sözlərinə əsasən, Qarabağ probleminin həllində tərəf olan ölkələr danışıqlar masası arxasında razılığa gələcəklər. Q.Beqciyan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların erməni diasporu tərəfindən birmənalı qəbul edilmədiyini də qeyd edib. “Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən məsələ ilə bağlı ABŞ və Avropada diaspora nümayəndələri ilə keçirdiyi görüşlərdə diaspora tərəfindən ortaya çox sərt mövqe qoyuldu. Sarkisyanın Parisdə erməni diasporu ilə keçirdiyi görüşdə şəxsən özüm iştirak edirdim. Sarkisyan “Biz böyük risq edirik, Türkiyə də böyük risqə getdi, ümüd edirik ki, sonu yaxşı olar” bi ... Ardını oxumaq »
Baxışlar: 1020 | Əlavə etdi: GVB | Tarix: 24.10.2009 | Şərhlər (0)

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi - Nazirlər Şurası sədrinin milli bay ... Ardını oxumaq »
Baxışlar: 55068 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (62)

“Minsk qrupu həmsədrləri institutu 1992-ci ildə yaradılıb. 18 ildir ki, onlar gəlib-gedirlər, amma hələ də bir nəticə də yoxdur. Lakin Sürixdə protokollar imzalanda Hillari Klinton və Sergey Lavrov və digərləri oraya yığışdılar. Mən soruşuram, hörmətli həmsədr ölkələrin nazirləri, sizə tapşırılan Dağlıq Qarabağ problemlərini həll etməkdir, yoxsa Sürixdə müqavilə imzalanmasında iştirak etmək". SİA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri Ziyafət Əsgərov verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, bir dəfə də olsun onlar Qarabağ məsələsi ilə bağlı Moskvaya, İrəvana və ya Bakıya yığışmayıblar, indi türk-erməni protokolunun imzalanmasına hamısı gəlib. “Böyük dövlətlərin davranışında ilk növbədə tərbiyə olmalıdır ki, hamı onlardan nümunə götürsün. Lakin bu gün böyük dövlətlərin davranışında ikili, üçlü standartlar mövcuddur. Bu da onların marağında olan məsələdir”,- deyə millət v ... Ardını oxumaq »
Baxışlar: 700 | Əlavə etdi: GVB | Tarix: 20.10.2009 | Şərhlər (0)

« 1 2 ... 78 79 80 81 »
Axtarış
Təqvim
«  İyul 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024