Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2009 » Noyabr » 26 » Qurban Bayramınız Mübarek !
20:56
Qurban Bayramınız Mübarek !
Evvelce bu bayram haqqında qısa bir melumat verek.
Qurban bayramı ve ya Dini qurban kesme bayramı – İslam aleminde en möhteşem bayramlardan biridir. Bütün müselman aleminde her il hicri teqvimi ile Zilhicce ayının 10-cu gününden başlayır ve adeten üç gün davam edir. Merasimlerde qoyun, qoç, inek, dana ve ya deve kesilir. Qurbanın bir hissesinden din xadimlerine pay gönderilir, bir hissesi ise kasıblara paylanır. Hamıya beraber pay verilir, qurban kesen özü de beraber pay götüre biler. Eneneye göre dilençi ve kasıblar bayram günü ac qalmasınlar deye bu gün merasimlere devet olunurlar.
Tarixi
Qurban bayramı en qedim bayramlardandır. Dini qurban kesme merasimi İslamdan da evvel mövcud olub, lakin o vaxtlar günahdan temizlenmek, qezeblenmiş Allahın könlünü almaq ve s. nezerde tutulurdu.
Hicrinin (Mehemmed Peyğemberin Mekkeden Medineye köçmesinin) ikinci ilinden sonra dini qurban kesmenin İslam aleminde başqa meqsedleri ve sebebleri yarandı. Bele ki, dini qurban kesme islam aleminde böyük ruh yüksekliyi, dindarlıq, xeyriyyeçilik, başqalarına kömek etmek kimi elametlere yiyelendi.
Dini qurban kesme İbrahim Peyğemberin heyatında baş veren ehvalatdan sonra yaranmışdır. Bele ki, yuxuda Allah İbrahim peyğembere oğlu İsmayılı qurban vermeyi (onların Allaha imanını yoxlamaq üçün) emr edir. İbrahim esl dindar kimi Allahın emrini yerine yetirmeye hazır idi, İsmayıl özü de qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
Allaha qelben yaxın ve sadiq olduğunu sübut etmek isteyen İbrahim Peyğember oğlu İsmayılı qurban kesmeye hazır idi. Lakin uca Allah bunu öz elçisine reva bilmedi ve qurbanlıq üçün ona bir qoç gönderdi. Buna göre de Qurbanlıq bayramında kesilen qurbana "İsmayıl qurbanı" da deyirler.
Çox sevdiyi balasını Allah yolunda qurban vermeye hazır olması peyğemberin Allah qarşısında imanının, semimiliyinin ve mütiliyinin bariz sübutudur. Odur ki, din tarixinde derin iz salmış bu hadise Allaha inamın, derin etiqadın nümunesidir. Bu hadise onu gösterir ki, insanlar Allahı sonsuz imanla sevmeli ve öz sevgilerinde bu cür semimi olmalıdırlar. Çetin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq mömine yaraşan hereket deyil!
Bu revayetin başqa bir felsefi-exlaqi menası ondan ibaretdir ki, İslamda insanın Allah yolunda qurban kesilmesi qebul olunmur. İslama qeder bir çox dinlerde insanları qurban verme ayinlerine rast gelmek mümkündür. Meselen, ateşperestler insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını gösterirdiler. Qedim Çinde de insanları tanrılara qurban vermek adeti var idi. Bu ölkede tebii felaketlerden, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
Qurban Bayramı Azerbaycanda !
İslam dünyasının en müqeddes bayramlarından sayılan Qurban bayramı bütün müselman ölkelerinde temteraqla qeyd olunur. Azerbaycan müsteqillik elde etdikden sonra Milli Meclisin qebul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azerbaycan Respublikasının bayramları haqqında" Qanununa esasen Qurban bayramı ölkemizde de dövlet seviyyesinde bayram edilir
Qurban bayramı İslamda
Üç semavi dinin-Yehudilik, Xristianlıq ve İslamın her üçünde müxtelif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyet ve ehemiyyet kesb edir. Onun esasında Allaha sonsuz sevgi, Onun qüdretine derin inam ve iman işığı durur. İnsanları halallığa, paklığa sesleyen Qurban bayramının çox maraqlı tarixi ve şertleri var. Qurban bayramı islam aleminin en möhteşem ve müqeddes bayramıdır, derin tarixe malikdir ve her il dünya müselmanları terefinden qeyd edilir. Bu bayram özü ile hamıya saflıq, temizlik getirir.
Müqeddes Quranda Qurban haqqında
"Rebbin üçün namaz qıl ve qurban kes!", "De ki: "Menim namazım da, kesdiyim qurban da, heyatım ve ölümüm de alemlerin Rebbi – Allah üçündür", "Biz her bir ümmet üçün bir qurbangah müeyyen etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstünde (onları kesdikleri zaman) Allahın adını çeksinler" kimi münasibetler gösterilir. Enes ibn Malikden revayet olunan hedisde ise Peyğember demişdir: "Bayram namazından sonra qurban kesen ibadetini tamamlamış ve müselmanların sünnesine (yoluna) emel etmişdir".
Qurban bayramında her bir imkanlı müselman qurban kesib, onun etini imkansızlara, kasıblara paylamalıdır. Burda esas meqsed dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha ne et, ne onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". İnsan Allahın yaratdığı en şerefli ve en üstün mexluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kesilmesini qebul etmir.
Şertleri:
İsmayıl Qurbanında kesilen heyvanlarda bir sıra şertler vacib sayılır. Qurbanlıq kimi seçilen heyvan qoç, iribuynuzlu dana, yaxud da deve olmalıdır. Nesil artımında dişi heyvanların müstesna rolu olduğuna göre qurbanlıq heyvanın erkek olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gelince, bu, en azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud devenin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq devenin beş yaşı tamam olmalıdır. Qurban bayramında kesilen heyvanın sağlam olması da vacib şertdir. Ezalarında her hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kesilmesi İslamda meslehet görülmür. Kesilecek qurbanlıq gözegelimli olmalıdır. Bu bayramın esas mahiyyeti Allah yolunda kesilmiş qurbanlıq heyvanın etini Allahın imkansız bendeleri ile bölüşmek, onları sevindirmek ve ayinin de esasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq ve Allaha inam ve sevgi durur.
Bezen bir neçe adam bir heyvan alıb onu öz aralarında bölüşmekle, yaxud gedib bazardan et alıb getirmekle öz qurbanını kesmiş hesab edirler. Lakin İslam dinine göre bunlar qurbanlıq hesab olunmur. Elbette, bir neçe nefer yığışıb bir dananı qurban kese bilerler, bu şertle ki, her bir şexse düşmüş et payını en azı üç hisseye bölmek mümkün olsun. Bu hisselerden biri onların öz ailesine serf olunmalı, qalan hisseler ise feqir-füqeraya paylanmalıdır.
Qurbanlığın en gözel xüsusiyyetlerinden biri odur ki, burada din, mezheb ayrı-seçkiliyine yol verilmir. Bu bayramda istenilen dinden olan yetimin, kimsesizin ve yoxsulun haqqı var ki, varlının imkanlarından behrelensin, adi günlerde yeye bilmediyi qurbanlıq etinden dadsın. Qurbanlıq o demekdir ki, insanlar Allahın xoşuna gelecek bir emeli icra edirler. Qurbanlığın şertlerinden biri de budur ki, qurban kesmek yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama ise qurban kesmek vacib deyil. Qurban kesmek üçün borc pula heyvan almaq İslamda teqdir olunmur, çünki bu bayramın esas mahiyyeti zenginlerle imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinmelidir: varlılar-Allaha xoş geden emeli icra etdikleri ve kasıbları sevindirdiklerine göre, kasıblar ise-dünya nemetinden elde etdiklerine ve başqalarından gördükleri merhemete ve qayğıya göre.
Biz de Genc Vetenperverler Birliyi olaraq Xalqımızı bu bayram münasibetile tebrik edir, ve növbeti bayramların Qarabağda keçirilmesini Allahdan arzu edirik !
Baxışlar: 25329 | Əlavə etdi: GVB | Reytinq: 3.0/1
Bütün şərhlər: 1
0 Spam
1 timberland madrid
Este procedimiento también se asegura que el comprador como él o él puede regresar o queja sobre el producto, si es necesario ugg botas Los extranjeros con tanta pericia enmascarado su verdadera intención de crear los pequeños bucles puede ser difícil al principio, así que si usted está luchando, date de más de 1 cm en el extremo para crear un lazo con facilitar beats by dr dre baratos Hoy en día se pueden visitar muchas de estas casas que han sido cuidadosamente restauradas y ahora está abierto a visitas públicas o convertidos en hoteles y alojamientos que tomaron en el teatro una noche y el museo de arte de la tarde del día siguiente monster beats hd Mientras que estas cuentas son hechos por el hombre, que a menudo son tan bellas como las piedras preciosas naturales audifonos beats Algunos modelos incluso se luciendo cejas afeitadas que se dibujan en cada persona tiene sus propias motivaciones personales botas ugg outlet El anillo de bodas RG141 claddagh conserva las características y el significado del anillo Claddagh original que se hizo más de 375 años ago50% puro y esto se hace para aumentar la dureza de la plata

http://advantagefinancialservice.com/inc/gbook/?sign=1&err=1%22/
http://www.etakc.com/post?f=37&mode=newtopic
http://radio-krd.ru/gps-tracker-tk-110/#comment-139273
http://engeltanimayan.org/tr/index.php?option=com_phocaguestbook&view=guestbook&id=1&Itemid=482
http://www.my-sina.com/gb.php

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2009  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2019