Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Dekabr » 27
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını bütün xalqımız kimi, Gənc Vətənpərvərlər İctimai Birliyi də böyük minnətdarlıqla qarşılayıb. Bu Sərəncam öz xalqını zamanın mürəkkəb tarixi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu əsl müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, dünyaşöhrətli görkəmli siyasi və dövlət xadimi, müasir Ordumuzun qurucusu Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramın təcəssümü olmaqla yanaşı, həm də Ümummilli Liderin yüzillik yubileyinə ən layiqli töhfədir. Prezident İlham Əliyevin Sərəncamında qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyəm müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 2022-ci ili də yüksək Qələbə əhval-ruhiyyəsi ilə yola salan qalib Gənc Vətənpərvərlər İctimai Birliyin üzvləri və regional şöbələr ... Ardını oxumaq »
Baxışlar: 66 | Əlavə etdi: Aliyev | Tarix: 27.12.2022 | Şərhlər (0)

“Azərbaycan gəncliyində vətənpərvərlik “ layihəyə start verdi
Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər Fondun maliyyə dəstəyi ilə “ Azərbaycan gəncliyində vətənpərvərlik ” adlı layihə əsasında Bakı şəhərində maarifləndirmə məqsədi ilə Ali və orta məktəblərində, İdman cəmiyyətlərində layihənin icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası keçirilib.
İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən idarə heyətin üzvü N.Quliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib.
M. Əliyev qeyd edərək bildirib ki, Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb.
Bunun xaricində ... Ardını oxumaq »
Baxışlar: 47 | Əlavə etdi: Aliyev | Tarix: 27.12.2022 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Dekabr 2022  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024