Gənc Vətənpərvərlər İctimai Birliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri oktyabr ayının 1-də Bakının Nəsimi rayonundakı 111 nömrəli tam orta məktəbdə “GMO məhsullarından necə qorunaq” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib .
Tədbirdə rayonun ictimaiyyət nümayəndələri, QHT-lərin, KİV və Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri üzvləri iştirak ediblər. Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru J. Hacıyeva GMO-ların insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura biləc
...
Ardını oxumaq »