Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Oktyabr » 1 » Gənc Vətənpərvərlər İctimai Birliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
13:39
Gənc Vətənpərvərlər İctimai Birliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Gənc Vətənpərvərlər İctimai Birliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri oktyabr ayının 1-də Bakının Nəsimi rayonundakı 111 nömrəli tam orta məktəbdə “GMO məhsullarından necə qorunaq” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib .
Tədbirdə rayonun ictimaiyyət nümayəndələri, QHT-lərin, KİV və Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri üzvləri iştirak ediblər. Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru J. Hacıyeva GMO-ların insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura biləcəyini diqqətə çatdırıb.

Layihə rəhbəri M.Əliyev bildirib ki, Gen mühəndisliyi təbiətdə bioloji müxtəlifliyin rəngarəngliyindən istifadə olunub, genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir.

AMEA-n Azərbaycan Tarix muzeyinin elmi işçisi P.Əzimova bəhsi gedən məhsullar haqqında danışıb: “GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri qeydə alınıb.

ARGTMŞ-n təmsilçisi R.Məmmədov , Nəsimi rayon 111 saylı tam orta məktəbin hərbi müəllimi, Qarabağ qazisi E.Əliyev, “Azərbaycan Tarix Müzeyinin n əməkdaşı V.Xudaverdiyev,çıxışlarında bildiriblər ki, ictimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Bu sahədə mütəmadi olaraq əhali arasında maarifləndirməni güçləndirmək lazımdır. Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Şagirdlər mövzulara aid fotoslaydlar və vidoçarxlar izləyiblər.

Daha sonra məktəblilərin sualları cavablandırılıb. Tədbirdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar haqqında ümumi anlayış və terminalogiya mövzularında yuxarı sinif şagirdlərinə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək paylanılıb.
Baxışlar: 362 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024