Gənc Vətənpərvərlər Birliyi Prezident yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Vətən bizim and yerimiz” adlı layihə əsasında Abşeron, Bakı və ətraf rayonlarında maarifləndirmə məqsədi ilə orta ümumtəhsil orta ixtisas və ali məktəblərində, idman cəmiyyətlərində layihənin icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası BMM –ə keçirilib.
İclasda GVB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən idarə heyətin üzvü R. Novruzov gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib. M. Əliyev qeyd edərək bildirib ki, Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bunun xaricində təşkilatın 12 fəalı da könüllü ola
...
Ardını oxumaq »