Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Aprel » 29 » Gənclər Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə start verildi
14:21
Gənclər Fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə start verildi
Gənc Vətənpərvərlər Birliyi Prezident yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Vətən bizim and yerimiz” adlı layihə əsasında Abşeron, Bakı və ətraf rayonlarında maarifləndirmə məqsədi ilə orta ümumtəhsil orta ixtisas və ali məktəblərində, idman cəmiyyətlərində layihənin icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası BMM –ə keçirilib.
İclasda GVB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən idarə heyətin üzvü R. Novruzov gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib. M. Əliyev qeyd edərək bildirib ki, Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bunun xaricində təşkilatın 12 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib.
Layihə başlama müddəti 2 may tarixindən 1 avqust 2016-ci il tarixə kimidir. Layihə 3 ay müddətində layihənin bir necə mərhələdə icra olunması nəzərdə tutulur . Layihənin 1-ci mərhələsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin fiziki, psixoloji, fizioloji, ideoloji və mənəvi sağlamlığının artırılması, gənclər arasında təbliğat işinin gücləndirilməsi, sağlam həyat tərzi ilə bağlı fiziki hazırlıq, dözümlülük, mərdlik, təşəbbüskarlıq və zirəkliyin soyuq qanlıq kimi keyfiyyətlərinin artırılması, vətənimiz üçün fiziki cəhətdən sağlam, dövlət və dövlətçiliyimizi hər an qorumağa hazır olması üçün maarifləndirmə işlərini gücləndirmək ilə bağlıdır deyən layihə rəhbəri onu da qeyd edib ki, mərhələ şəkilində sentyabr, oktyabr, noyabr aylarında Bakı şəhərin ümum təhsil məktəblərinin bir neçəsində və idman cəmiyyətlərində müxtəlif növlü tədbirlər keçiriləcək.

GVB –n KİV üzrə şöbəsi
Baxışlar: 229 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2019