Gənc Vətənpərvərlər Birliyi 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası gələcək nəsillər qarşısında öz borcunu şərəflə yerinə yetirir” mövzusunda tədbir keçirib. qhtxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev Milli Qurtuluş Gününün tarixi barədə məlumat verib. M. Əliyev bildirib ki, hələ o zaman ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyətin siyasi rəhbərliyini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etmişdi. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdıran M. Əliyev o zaman ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayr
...
Ardını oxumaq »