Gənc Vətənpərvərlər Birliyi 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası gələcək nəsillər qarşısında öz borcunu şərəflə yerinə yetirir” mövzusunda tədbir keçirib. qhtxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev Milli Qurtuluş Gününün tarixi barədə məlumat verib. M. Əliyev bildirib ki, hələ o zaman ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyətin siyasi rəhbərliyini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etmişdi. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdıran M. Əliyev o zaman ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planının tam gücü ilə işə salındığını vurğulayıb. M. Əliyev məhz iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçildikdən sonra millət vəkillərinin bu tarixin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdiklərini bildirib. “Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarətlə qeyd edir”,-deyə M.Əliyev əlavə edib. Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər.
Hamlet
http://qhtxeber.az/news/a-46718.html
|