GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ ROMA KATOLİKLƏRİN BAŞÇISI PAPA FRANSİSKİNİN BƏYANATINA QARŞI
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ (GVB) və birliyə üzv olan təşkilatlar qondarma erməni soyqırımı ilə bağlı Roma katoliklərinin başçısı Papa Fransiskinin bəyanatını, eyni zamanda BMT Təhlükəsizlik Şurası 822,853,874 və 884 saylı dörd qətnaməsinin icra olunmamasını və Avropa Parlamentinin qəbul etdiyi qətnaməni pisləyən bəyanat qəbul edib.
Bəyanatda deyilir:
"Roma Papası kimi dünyada yüksək nüfuza malik bir şəxsin belə bir qərəzli mövqe ortaya qoyması və həmçinin Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə türkdilli dövlətlərdə, müsəlman ölkələrində, o cümlədən Azərbaycanda böyük narazılıqla qarşılanıb. Bu qərəzli siyasət Qərbin bu regionda nüfuzuna ciddi zərbədir. Artıq bu ölkələrin sadə xalqları Qərbin yalançı demokratiya və sülh siyasətinə qətiyyətlə inanmayacaq. Bu addım daha çox Qərb üçün zərərli olacaq. Onsuz da nə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin hüquqi
...
Ardını oxumaq »