Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Aprel » 22 » GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ ROMA KATOLİKLƏRİN BAŞÇISI PAPA FRANSİSKİNİN BƏYANATINA QARŞI
07:56
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ ROMA KATOLİKLƏRİN BAŞÇISI PAPA FRANSİSKİNİN BƏYANATINA QARŞI
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ ROMA KATOLİKLƏRİN BAŞÇISI PAPA FRANSİSKİNİN BƏYANATINA QARŞI
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ (GVB) və birliyə üzv olan təşkilatlar qondarma erməni soyqırımı ilə bağlı Roma katoliklərinin başçısı Papa Fransiskinin bəyanatını, eyni zamanda BMT Təhlükəsizlik Şurası 822,853,874 və 884 saylı dörd qətnaməsinin icra olunmamasını və Avropa Parlamentinin qəbul etdiyi qətnaməni pisləyən bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"Roma Papası kimi dünyada yüksək nüfuza malik bir şəxsin belə bir qərəzli mövqe ortaya qoyması və həmçinin Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə türkdilli dövlətlərdə, müsəlman ölkələrində, o cümlədən Azərbaycanda böyük narazılıqla qarşılanıb. Bu qərəzli siyasət Qərbin bu regionda nüfuzuna ciddi zərbədir. Artıq bu ölkələrin sadə xalqları Qərbin yalançı demokratiya və sülh siyasətinə qətiyyətlə inanmayacaq. Bu addım daha çox Qərb üçün zərərli olacaq. Onsuz da nə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin hüquqi bir qüvvəsi var, nə də ki, Roma Papasının verdiyi bəyanatın. Bu gün öz iqtisadiyyatını şərq ölkələrinin hesabına idarə edən Qərb bu tipli siyasəti ilə şərqdə olan- qalan etimadını da itirmək üzrədir.
Bu qərarlar 1915- ci il hadisələrinin aydınlaşdırılması naminə hər şeyi etməyə hazır olduğunu bildirən Türkiyəyə qarşı təzyiqdən başqa bir şey deyildir. Roma Papasının xristian təəssübkeşliyindən çıxış edərək belə bir addım atması artıq din xadimlərindən münaqişələrdə vasitəçi kimi istifadə etməyin mümkünsüzlüyünə gətirib çıxarıb. Halbuki, nə Qərb ölkələrinin böyük əksəriyyəti, nə Avropa Parlamenti, nə də Roma Papası hələ də ermənilər tərəfidən azərbaycanılara qarşı törədilən soyqırımların heç birini (1905, 1918-1920, 1948-1953, 1988-1993) tanımayıb . Görünür onlar üçün foto və video görüntüləri, canlı şahidləri ilə isbatlanan Xocalı soyqırımı, tarixin dərinliklərində itib- batmış 1915- ci il hadisələrindən daha əhəmiyyətsizdir. Qərbin demokratiyadan dən vurduğu mövqeyi bəllidirmi. Budur Qərb dövlətlərin bəşər tarixində görünməyən Xocalı faciəsinə verdiyi ədalətli qiymət" Eyni zamanda 1993-cü ildə qızğın döyüşlər getdiyi bir vaxtda, BMT Təhlükəsizlik Şurası 822,853,874 və 884 saylı dörd qətnamə qəbul etdi .Qətnanamələrin hamısı beynəlxalq sərhədlərin toxuulmazlığını, ərazi mənimsəmək üçün güc tədbiq etmənin yolverilməz olduğunu təsdiqlədi və işhalçı qoşunların dərhal cıxarılmasını tələb etdi. Bu qətnamələr BMT Nizammnaməsinin 2-ci maddəsinə uğun olaraq qəbul edilib,ancaq bu günə kimi öz müsbət həllini tapmayıb. Gənc Vətənpərvərlər Birliyi (GVB) olaraq BMT Təhlükəsizlik Şurasını bir daha mövqeyini nəzərdən keçirməyə və beynəlxalq hüququn qorunmasında liderliyini göstərməyə çağırırıq”
Bəyanat GVB İdarə Heyətinin I- ci rübün yekunu ilə bağlı keçirilən iclasda qəbul edilmişdir.
Baxışlar: 410 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2015  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024