Vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz: «Bu, insanın içindən gələn və hər kəsin doğulduğu torpağa olan sevgisinin təzahür formasıdır. Vətənpərvərlik vətənə olan sevgi olduğundan onun yeri insanın qəlbindədir. Qısası onu deyim ki, şüarçılıqla vətənpərvərlik olmaz. Vətənpərvərlik elə hisslərdir ki, onun bütün insan cəmiyyətlərində aşılanmasına ehtiyac var. Bunun üçün bütün təbliğat resurslarından geniş istifadə etmək lazımdır. Vətəni parça-tikə olan, müharibə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var. İnsan vətəni o qədər sevməlidir ki, onu öz anası, bacısı, şərəfi, namusu bilməlidir. O əldən gedibsə və buna dözümlü yanaşırsansa, görünən nəticə sadəcə biabırçılıqdır. Ölkədə ən böyük təbliğat resursu televiziya kanal
...
Ardını oxumaq »
|
KONSTİTUSİONAL VƏTƏNPƏRVƏRLİK»
İkinci Cahan savaşında məğlub olan Almaniya iki hissəyə parçalandı və «vahid Almaniya» ideyası iflasa uğradı. Məğlub ölkədə siyasi durğunluq və psixoloji sarsıntılar mühafizəkarlar, sosialistlər və liberalları narahat edirdi. Belə bir dövrdə filosof Dolf Sternberqer «konstitusional vətənpərvərlik» anlayışını təqdim edərək, yeni siyasi müzakirələrə istiqamət göstərdi. Ştenberqerə görə, vətənpərvərlik vətəndaşların respublikaçı dünyagörüşündə təzahür etməli, toplumun birgəyaşayışı isə tarix və ümumi istəklər çərçivəsində baş verməlidir. Azad və bərabər qaydada. Sternberqer vətənpərvərliyi yalnız duyğusal və irrasional dəyər hesab etmirdi, əksinə, o bildirirdi ki, rasional səciyyə daşımayan vətənpərvərlik fayda verməyəcək. Sternberqer vurğulayırdı ki, vətənpərvərlik insanların doğulduğu məkan, tarixi yaddaşı, etnik kimliyi ilə yanaşı, sahib olduğu çağdaş dəyərlər və cari maraqlarına görə də formalaşır.
|
Dünyanın siyasi və ictimai mənzərəsi onu deməyə əsas verir ki, ölkəmizdə bağçalarda, orta və ali təhsil məktəblərində təbliğata geniş yer verilməli, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Biz ilk dərsimizi təbliğatdan başlamalıyıq. Əlaqədar təşkilatlar, dövlət qurumları bu istiqamətdə güclərini və imkanlarını səfərbər etsələr, onda millətimiz bir daha ölümlərlə, torpaqlarımızın itirilməsi bəlası ilə üzbəüz qalmaz. Bütün güc strukturlarında, xüsusən də ordumuzda təbliğat maşınımız hər zaman işlək səviyyədə olmalıdır. Fikrimizcə, gənclər arasında vətənpərvərlik hisslərinin təbliğində DİO əməkdaşlarının da xüsusi çəkisi özünü daha qabarıq şəkildə göstərməlidir. Bəlkə də bu fikrim çoxlarının dodağının qaçmasına səbəb olacaq. Ancaq mən bir gənc polis zabiti kimi çox istərdim ki, hər hansı bir rayonun polis rəisi həmin rayonda xüsusi istedadı, idmanda və təh
...
Ardını oxumaq »
|
Şübhəsiz ki, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında birinci növbədə ailənin, təhsil müəssisələrinin, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Biz ailədə yenicə dil açmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza torpaqlarımızın düşmən tapdağı altında qaldığını, əzəli düşmənimizin kim olduğunu, şəhidlərimiz haqqında, onların nə üçün öldüyünü, onların niyə müqəddəs tutulduğunu, vətənin haradan başlanıb, harada qurtardığını, milli kimliyimizi, milli-mənəvə dəyərlərimizi anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları bir daha yaddan çıxarmasınlar. Necə ki, biz uzun illər dəfələrlə torpaqlarımıza olunan basqınları, xalqımıza qarşı xəyanəti unutmuşuq. Deyirlər, biz unutqan xalqıq, başımıza gələn müsibətləri, fəlakətləri tez yaddan çıxarırıq. Niyə? Buna səbəb nədir?
Gəlin bir xalq kimi qonşularımız tərəfindən dəfələrlə bizə edilən xəyanəti unutmayaq. 1
...
Ardını oxumaq »
|
KARATE İDMANCILARI NARKOTİKƏ YOX DEYİR GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİY Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyə dəstəyi ilə “Narkomaniyaya yox-Sağlam həyata HƏ”devizi altında prevetiv tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihə çərcivəsində Gənclər və İdman Nazirliyin İdman kompleksində "Geleceyimizi qoruyaq" mövzusunda elmi praktik konfrans və təlim kecirilmişdir. Konfransı giriş sözü ile açan birliyin sedri Müqamet Əliyev “Narkomaniya nedir? “ mövzusuna geniş yer ayıraraq tedbir iştirakçılarının nezerine catdırmış ki, heyat fealiyyetinin kobud süretde pozulmasına ve sosial tenezzüle getirib çıxaran ağır xestelikdir.İnsan narkotik maddeden asılı olur ve zeif exlaqsız qula benzeyir .İnsan her şeyi sağlamlığını ,qüvvesini ve özüne hörmeti itirir Narkotik madde tekce onu qebul eden insanı mehv etmir, hemçinin narkomanın aile üzvlerinin sağlamlığına menfi tesir gösterir,onların uşaqları fiziki ve psixiki çatışmazlıqlar ile dünyaya gelir.Nark
...
Ardını oxumaq »
|
|