Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Avqust » 4 » Əgər yumruq kimi birləşə bilsək
16:14
Əgər yumruq kimi birləşə bilsək

Dünyanın siyasi və ictimai mənzərəsi onu deməyə əsas verir ki, ölkəmizdə bağçalarda, orta və ali təhsil məktəblərində təbliğata geniş yer verilməli, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Biz ilk dərsimizi təbliğatdan başlamalıyıq. Əlaqədar təşkilatlar, dövlət qurumları bu istiqamətdə güclərini və imkanlarını səfərbər etsələr, onda millətimiz bir daha ölümlərlə, torpaqlarımızın itirilməsi bəlası ilə üzbəüz qalmaz. Bütün güc strukturlarında, xüsusən də ordumuzda təbliğat maşınımız hər zaman işlək səviyyədə olmalıdır. Fikrimizcə, gənclər arasında vətənpərvərlik hisslərinin təbliğində DİO əməkdaşlarının da xüsusi çəkisi özünü daha qabarıq şəkildə göstərməlidir. Bəlkə də bu fikrim çoxlarının dodağının qaçmasına səbəb olacaq. Ancaq mən bir gənc polis zabiti kimi çox istərdim ki, hər hansı bir rayonun polis rəisi həmin rayonda xüsusi istedadı, idmanda və təhsildə uğurları ilə fərqlənən gənclərlə görüşlər keçirsin və onlara xatirə olaraq kiçik bir hədiyyə də bağışlasın. İnanıram ki, bu təcrübə böyük bir ictimai rezonans doğuracaq və ictimaiyyətlə polis arasında daha qırılmaz körpülər salacaqdır. Bəlkə də bu sadaladıqlarımda təbliğat strategiyamızın hər hansı bir nuansları oxucuların qəlbinə yol tapıb onları təbliğatımız uğruna hər zaman hazır olan bir əsgər kimi səfərbər edəcək.
Bizə nə lazımdır, ağız birliyi.
Ağ bəxtə yol açan ağ üz birliyi.
Qıpçaq qıvraqlığı, Oğuz birliyi.
Olsaydı Xətai, Yavuz birliyi.
Axmazdı ildırım, çaxmazdı şimşək.
Əgər yumruq kimi birləşə bilsək!!!
Hamımız Vətən, yəni böyük Azərbaycan adına sağlam təbliğatla məşğul olmalı, Qarabağın azadlığı uğrunda isə zərurət yarandıqda təbliğatımızı silahla əvəz etməliyik. Çünki Qaarabağ müharibəsi bizim XX və XXI əsrdə olan ən böyük sınağımızdır. Bu sınaqdan alnıaçıq, üzüağ çıxmalıyıq.

Baxışlar: 466 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2014  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024