Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə "Gənclər sağlam həyat tərzi seçir ”Narkotiklərdən əl cəkək” devizi altında gənclərin iştirakı ilə regionlarda avtoturun təşkili və idman tədbirlərinin həyata keçirilməsi” adlı layihəyə start verib.
qhtxeber.az-a verilən məlumata görə, layihənin məqsədi gənclərin milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan, eyni zamanda pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, əyləncə mərkəzlərində, idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.
Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev icra olunan layihənin mahiyyətindən söhbət açıb.
Layihə rəhbəri M. Əliyev bildirib ki, layihə 3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə həyata keçiriləcək.
Qeyd edək ki, tədbirdə QHT nümayəndələri, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak ediblər.
Xatirə
http://qhtxeber.az/news/a-35720.html
|