Vətən bizim and yerimiz layihəsi davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş Gənc Vətənpərvərlər Birliyi “Vətən bizim and yerimiz” layihəsi çərçivəsində may ayının 13-də Bakı şəhəri Nəsimi rayon rayonunda yerləşən 8 saylı tam orta məktəbində gənclərlə görüş keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Müqamət Əliyev layihənin məqsədlərindən danışıb. O bildirib ki, ərazilərinin 20%-i işğal altında olan, mürəkkəb geostrateji bölgədə yerləşən Azərbaycan öz suverenliyini qorumaq üçün daim güclü orduya malik olmalıdır. O qeyd edib ki, artıq Azərbaycanda hərbi sahəyə xüsusi diqqət ayrılır və hərbçilərin müxtəlif sosial problemləri demək olar ki həll edilib. Layihə rəhbəri bildirib ki, savadlı zabit kadrların yetişdirilməsi üçün yaxşı qiymətlərlə təhsil alan gənclərin gələcək karyera kimi hərbi təhsil müəssisələrini seçmələri vacibdir. Çünki güclü orduya sahib olmaq üçün ilk növbədə vətənpərvər, savadlı gənclərin hərbi təhsilə cəlb edilməsi zəruridir. Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor S.Əliyev Silahlı Qüvvələrdə keçirilən islahatlar və ordumuzun formalaşması prosesi barədə iştirakçılara informasiya verib. S.Əliyev bildirib ki, dövlətin orduya diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur, O bildirib ki, ölkə rəhbərliyi hərbi sahəni daim diqqətində saxlayır və dövlətin maliyyə resurslarının imkan verdiyi qədər ordunun silah-sursat, hərbi texnika təchizatının müasir standartlara uyğun olaraq yenilənməsini təmin edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan müasir silah sistemləri, hərbi texnika alınmasına ən çox maliyyə vəsaiti ayıran ölkələrdəndir. Məktəbin direktor müavini S.İbrahimli layihələrin qiymətləndirilməsinə görə Gənclər Fonduna məktəbin pedoqoji kollektivi adından adından öz təşəkkürünü bildirdi. Daha sonra layihə rəhbəri ölkəmizdə fəaliyyət göstərən hərbi təhsil müəssisələri, onlara qəbul qaydaları və Ali Hərbi Məktəblərdəki ixtisaslar barədə iştirakçıları məlumatlandırıb. Konfrans başa çatdıqdan sonra gənclərlə diskusiyalar aparıldı verilən müxtəlif suallar cavablandırıldı . Tədbirdə iştirak edən məktəbin pedoqoji kolektivinə, ictimayət nümayəndələrinə ,qonaqlara, valideyinlərə rəngli bukletlər və H.Əliyevin əksi olunmuş döş nişanı paylandı və”Vətən uğrunda mübatizəyə hazır ol”devizi altında idman yarışı məktəbin idman zalında davam etdirildi qaliblərə fəxri diplom və hədiyyələrlər təqdim olundu . GVB-n informasiya və mətubat şöbəsi
|