Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” adlı layihə çərçivəsində Daxili Işlər Nazirliyin İdman Cəmiyyətində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaq, yeniyetmə və gənclər narkotiklərə qarşı və mənəvi sağlamlığın artırılması keyfiyyətlərinin aşılanması” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib. Layihə köməkçisi M.Qasımov qeyd edərək bildirdi ki, layihənin məqsədi gənclər arasında narkotik maddələrin zərərliyi, QİÇS-in və riskli davranışın təhlükəsi barədə maarifləndirmə işinin aparılmasıdır.
Layihənin vəzifəsi gənclər arasında sağlam həyat tərzini təbliğ edərək yerli ictimai təşkilatlar və kütləvi informasiya vasitələri tərəfindən narkotiklərin zərərliyinə və QİÇS-lə bağlı maarifçiliyin aparılmasına diqqətin artırılmasına nail olmaqdır
...
Ardını oxumaq »