Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyun » 28 » Silahllı Qüvvələrin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
09:32
Silahllı Qüvvələrin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə " Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı “devizi ilə tədbirlərin təşkili ” adlı layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98- ci ildönümü ilə əlaqədar “Silahlı Qüvvələrin yaradılması Azərbaycanın Dövlət Müstəqiliyini və Suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir “ mövzusunda konfrans və Binəqədi rayon “Marafon” İdman Sağlamlıq kompleksində ” TOĞRUL” əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubu ilə birgə ,”Narkotikə yox deyək”,”Gələcəyimizi qoruyaq “adlı tədbir keçirib. Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin aparıcı məsləhətçisi Q.Yaqubov,GVB-nin İdarə Heyeti üzvləri, QHT-n nümayəndələri,yerli şöbələri, İdman Federasiyalarının meşqçiləri, idmançılar iştirak ediblər .
Giriş sözü ilə tədbiri açan GVB-nin sədr müavini A.Əsədov tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 98-ci ildönümü münasibəti ilə təbrik edib. Sonra o, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Layihə rəhbəri M. Əliyev bildirib ki, əsası Ulu Öndər H. Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi yüksələn xətlə davam edir: "Ordumuz müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıldıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan böyük qüvvədir . Bu, bizi sevindirir və işlərimizi bir QHT olaraq səmərəli qurmağa sövq edir”. TOĞRUL” əlbəyaxa döyüş növləri və tək mübarizlik sənəti klubun prezidenti Rauf İbrahimov bu günün müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olduğunu və milli dövlətçiliyimiz üçün strateji maraq kəsb etdiyini bildirib. Bu tarixin Azərbaycanın milli müstəqilliyin, mövcud ərazisinin və etnik müxtəlifliyin qorunub-saxlanılması kimi səciyyələndirib. Vurğulayıb ki, belə xüsusi günləri gənclər daim xatırlamalı və Vətənimizin suverenliyi uğrunda həmrəy olmalıdırlar.
Sonra çıxış edən ictimaiyyət nümayəndələri, ziyalılar və QHT təmsilçiləri belə tədbirlərin keçirilməsini vacib sayıblar. Konfrans başa çatdıqdan sonra TOĞRUL” əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubun prezidenti Rauf İbrahimov ,polis təqaütçüsü idman veteranı Sabir Əliyev və digərləri yeniyetmə və gənclərdə milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirməsində, milli dəyərlərimizi , sağlam həyat, sağlam ailə,mədəni irslərimizin təbliğində və təşkilatçılıq fəaliyyətinə görə birlik tərəfindən fəxri diplom və Heydər Əliyevin əksi olmuş döş nişanı təltif olundular. Sonra yeniyetmə və gənclər arasında “Kenbo” karate üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara Heydər Əliyevin əksi olunmuş döş nişanı təsvirli mayka, Narkomaniya və QİÇS-lə bağlı maarifləndirici bukletlər və informasiya materialları paylanılıb.
Baxışlar: 486 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2016  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024