GVB-nin keçirdiyi tədbirdə ordu quruculuğundan danışılıb
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz”adlı layihə çərçivəsində BMM -ə 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Silahlı qüvvələrin yaradılması Azərbaycan Dövlət Müstəqilliyinin və Suverenliyinin təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirib. Tədbirdə GİN –n məsul işçiləri M. Nəsibov ,Həkim Ə. Abbasquliyev, ,AMEA –n elmi işçisi S.Zülfüqarova,GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, müxtəlif idman federasiyalarının məşqçiləri, idmançılar və QHT nümayəndələri iştirak ediblər. İctimai Birliyin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Dövlətimizin təhlükəsizliyinin və ərazi bütövlüyümüzün tam təminatçısıdır: “Ulu Öndər Heydər Əliyevin və onun siyasətinin
...
Ardını oxumaq »