Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Oktyabr » 11 » QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layi
14:17
QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layi
QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair dəstəklədiyi layihə 2 saylı Texniki və humanitar elmlər liseyində başa çatdırıb

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ““İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” adlı layihəsi çərçivəsində Həbibbəy Mahmudbəyov adına 2№-li texniki-humanitar elmlər liseyində “GMO məhsulların yaranma səbəbləri”,Genetik modifikasiya olunmuş məhsullar nədir?mövzusunda yekun tədbirini keçirib. Tədbirdə Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin bir qrup tələbələri ,məktəbin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri, GVİB-in İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 2№-li texniki-humanitar elmlər liseyin direktoru B.Mustafayev tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib. Sonra o qeyd edib ki, gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir: “Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarıb. Geni köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır”.
Birlik sədri, layihə rəhbəri M. Əliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışıb. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Layihə çərçivəsində buklet nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd edib. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzalandığını bildirib.
Tədbirdə çıxış edənlər ATMU-n xidmət mühəndisliyi fakutəsinin yuxarı kurs tələbələri T.Qarayev ,L. Hüseyinova, LSəmədova P. Saatova, A. Məmmədova ,A. Abdulayeva və digərləri GMO məhsullarının istehsal səbəbləri və insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər
Tədbirdə mövzulara aid foto slaydlar və vidio çarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb və GMO məhsulları haqqında maarifləndirici buklet və təsvirli köynək və papaq paylanılıb. Qeyd edək ki, GVIB “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması ” layihəsi çərçivəsində indiyədək dörd maarifləndirici tədbir keçirib

GVİB KİV iş şöbəsi
Baxışlar: 235 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024