Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Oktyabr » 25 » Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir
14:58
Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir
Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi " “Gənclər vətənpərvərlik ruhuda ” adlı layihə çərçivəsində Bakı şəhəri Səbail rayonu M.Rahim adına 7 №-li tam orta məktəbdə “ Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir ” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsi ilə başladı.
Konfransı giriş sözü ilə açan M. Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, məktəblərdə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində müsbət təsirə malik olduğunu bildirib
Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır, özünə əmin edir. Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var.
Konfransda çıxış edən layihə üzrə təlimçi ,aprel döyüşünün əfsanəsi təqaütdə olan mayor Asif Rəsulov bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıb. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib .
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb . Tədbirdə məktəbin pedoqoji kollektivi, AMEA- elmi işçisi P. Əzimova , ARGTMŞ-n nümayəndəsi G.Salayeva , Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi X. Vəliyev , rayon ictiamaiyyət nümayəndələri ,GVİB-nin İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVİB –n KİV şöbəsi
Baxışlar: 248 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024