Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2020 » Fevral » 24 » Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib
09:02
Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib
"Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib
Gənc Vətənpərvərlər İctimai Birliyi "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib.

GVB.UCOZ.COM xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Gənc Vətənpərvərlər İctimai Birliyin
inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, Müqamət Əliyev qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb.
“2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz var. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq”, - deyə Müqamət Əliyev Cəlil vurğulayıb.
Mərasimdə Xocalı haqqında sənədli film nümayiş olunub.
Çıxış edənlər Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, müxtəlif qurumların, xüsusilə Gənc Vətənpərvərlər İctimai Birliyinin bu istiqamətdəki fəaliyyətindən danışıb, bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyini bildiriblər. Natiqlər işğal altındakı torpaqlarımızın azad olunacağına qəti inam ifadə ediblər. Tədbirin sonunda Gənc Vətənpərvərlər İctimai Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb: "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb.

Sonda Birlik üzvləri "Ana harayı” abidəsini ziyarət edərək faciədə həlak olanları yad ediblər

GVİB –n mətubat şöbəsi
Baxışlar: 45 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2020  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
Yazıların arxivi
Design by UsiGroup  © 2020