Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2020 » Fevral » 18
QHT Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərə start verib

Gənc Vətənpərvərlər Birliyi (GVIB) İdarə Heyətinin qərarı ilə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərə start verilib.

Tədbirlər çərçivəsində bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsi haqqında ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində tədbirlər planına uyğun "dəyirmi masa”lar, idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Xocalı faciəsi ilə bağlı müzakirə və diskussiyaların təşkil edilməsi, tarixçi alimlərlə, Xocalı döyüşlərində iştirak edən keçmiş döyüşcülərlə görüşlərin təşkil olunması planlaşdırılır.

Silsilə tədbirlərdə "Xocalı faciəsi - XX əsrin ən dəhşətli faciəsi kimi”, "Xocalı faciəsi baş verməyə bilərdimi”, "Tarix bu faciəyə layiqli qiymətini verdimi”, "Xocalıya ədalət”, "Bu tarixi unutma” mövzularında tədbirlər isə Bakı, Gəncə,Şəmkir, Lənkəran şəhərlərində əlaqədar təşkilatlarla keçiriləcək.
Baxışlar: 253 | Əlavə etdi: Aliyev | Tarix: 18.02.2020 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Fevral 2020  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
Yazıların arxivi
Design by UsiGroup  © 2024