Ana səhifə » 2016 » Fevral » 24 » Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib .
10:50 Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib . |
Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib . Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə DIN-n Idman Cəmiyyəti ilə birgə "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbir i giriş sözü GVB sədri Muğan Əliyev acaraq Xocalı şəhidlərinin və bütün şəhidlərimizin ruhları birdəqiqəlik sükutla yad etdikdən sonra , qeyd edərək bildirdi ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır deyən M.Əliyev bildirdi ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və Azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında marifləndirmə işlərinin aparılması vacibdir. Tədbir Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb. Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmaq vacibdir. DİN-n İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinova vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər Tədbirin sonunda Gənc Vətənpərvərlər Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub. Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən ətibaren erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb. "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib. Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv ədilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb Sonda bir qurub birliyin və İdman Cəmiyyətin gənc fəalları Xocalı abidəsinə gələrək gül dəstələrilə faciyədə həlak olanları yad ediblər Tədbir idman bölmələrində davam etdirildi və Xocalı şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışlarına start verildi. GVB-n informasiya və mətubat şöbəsi
|
Baxışlar: 322 |
Əlavə etdi: Aliyev
| Reytinq: 0.0/0 |
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin. [ Qeydiyyat | Giriş ]
|