Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb. Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 210 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M.Əliyev onu da qeyd edib ki, hazırda ölkədə 26 min 786 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq! Məktəbin direktoru A. Baxşıyeva qeyd edərək bildirdi ki,bütün dünyada olduğu kim
...
Ardını oxumaq »