Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Oktyabr » 22 » Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu
13:45
Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu
Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər vətənpərvərliyin ruhunda ” adlı layihə çərçivəsində 31 saylı tam orta məktəbdə “ Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüş-lərinin rolu” mövzusunda elmi praktik konfrans keçirib.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan31 saylı tam orta məktəbin direktoru Akif Əliyev qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.
Layihə rəhbəri Müqamət Əliyev bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır .Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan gənclər arasında vətənpərvərlik hisslərinin yüksədilməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Layihə üzrə təlimçi ,Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlil , aprel döyüşlərinin əfsanəsi mayor Asif Rəsulov bildirdi ki, Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir: ”Azərbaycan ərazisinin bir qisminin Ermənistan respublikasının ərazi bütövlüyü pozulduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.“ Həqiqətən güclü ordu yaratmaq, vətəni, doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə, bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır.
Tədbirdə digər çıxış edənlər məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sürəyya Yusifova, fizika müəllimi ,şairə, məktəb illəri mahnısının sözlərinin müəllifi Kəmalə Abıyeva, hərbi rəhbər Mehman Səlimov, Yasamal Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Quliyev, ARGTMŞ-n nümayəndəsi Səbinə Əliyevavə digərləri vətənpərvərlikdən danışaraq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbir zamanı həmçinin Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi xalqımıza geniş şəkildə tanıdılmasının vacibliyi qeyd olunub
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb.


GVİB-n KİV şöbəsi
Baxışlar: 206 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024