Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Dekabr » 15 » GVB sədri QHT rəhbərlərini döyüşə çağırdı
15:59
GVB sədri QHT rəhbərlərini döyüşə çağırdı

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev QHT təmsilçilərini döyüşə çağırdı. M.Əliyev qhtxeber.az-a açıqlamasında xatırlatdı ki, Azərbaycan müharibə şəraitindədir:
“İndi atəşkəs rejimi hökm sürsə də, biz hər an torpaqlarımızın müdafiəsində durmağa hazır olmalıyıq. Ali Baş Komandan İlham Əliyev həmişə vurğulayır ki, istənilən vaxt səfərbərlik elan oluna bilər. Amma gəlin görək neçə QHT nümayəndəsinin hərbi hazırlıq vəziyyəti qənaətbəxşdır”.
GVB sədri hesab edir ki, hər sahədə aktivlik nümayiş etdirən vətəndaş cəmiyyəti nümayəndələri bu məsələdə də fəal olmalıdırlar. Təbliğat, maarifləndirmə işləri ilə yanaşı, hərbi fiziki hazırlıq da çox vacibdir.
M.Əliyev bütün bunları önə çəkərək III sektor təmsilçilərini, QHT sədrlərini döyüşə hazırlıq vəziyyətinin yoxlanması məqsədilə sınağa dəvət etdi. “Bunun üçün Gənc Vətənpərvərlər Birliyinin hər bir şəraiti var. Bütün təchizatla təmin olunmuş idman zalımız, müvafiq avadanlıqlarımız, həmçinin peşəkar müəllimlərimiz də var. Gəlin döyüşək, özümüzü sınayaq, görək səfərbərlik elan olunarsa, cəbhədə vuruşmağa hazırıqmı?” deyə QHT sədri çağırış etdi.

The chairman of the AYP (Association of Young Patriots) called NGO (Non-governmental organizations) leaders to fight

qhtxeber.az / / Mughan Aliyev, the chairman of the AYP called the NGO representatives to fight. Mughan Aliyev reminded qhtxeber.az that, Azerbaijan is at war:
" Although the cease-fire regime continues in our country, we must be ready to protect our lands at any moment. Supreme Commander-in-Chief Ilham Aliyev has always said that the mobilization may be declared at any time. But let's see how is military preparedness situation of representatives of NGO ?"
Chairman of the AYP considered that, representatives of civil society who demonstrated activity must be active in each area.
Baxışlar: 513 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2011  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024