qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev qhtxeber.az-a məktub göndərib. M.Əliyev bütün QHT sektoru nümayəndələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyini və əməkdaşlarını, qhtxeber.az-ın kollektivini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibətilə təbrik edir. Məktubda deyilir: “Çox hörmətli dostlar, Azərbaycanımızın dəyərli övladları! Sizi və sizin timsalınızda bütün doğmalarınızı, əzizlərinizi, Azərbaycan xalqının ləyaqətli insanlarını Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti və Yeni ildə işlərinizdə yeni-yeni nəailiyyətlər arzu edirik. Arzu edirik ki, 2012-ci il Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması ili kimi tariximizə yazılsın!
|