qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncliyə Yardım Fondunda ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirib.qhtxeber.az-ın verdiyi məlumata görə, tədbirdə Birliyin sədri Muğan Əliyev bildirib ki, Heydər Əliyev fenomenal şəxsiyyətdir. O deyib ki, müdrik dövlət başçısı, ulu öndər Heydər Əliyevin irsi bir örnəkdir və bu irs öyrənilməlidir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin məsləhətçisi E.Bağırlı, GVB-nin fəxri üzvü, hüquqşünas Elman Cabbarov, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin birinci vitse-prezidenti Səfiyar Cahangiroğlu, Qaçqın və məcburi köckünlərlə iş şöbəsinin müdiri Canoğlan İlyasov, GVB-nin KİV-lər üzrə müşaviri Jalə Tofiqqızı ulu öndərin dövlət quruculuğundakı xidmətlərini vurğulayıblar.Tədbirdə layihə rəhbərinin köməkçisi Nigar Abiyeva, BHDM rəhbəri Mərcan Şahbazlı, 2 saylı humanitar texniki elmlər liseyin müdir müavini Kəmalə Məmmədova , 289 saylı Zəngi liseyinin şagirdi Emin Cabbarov, Kooperasiya Universitetinin tələbələri Nərmin Novruzova, Elgün Mahmudov, Validə Məmmədli, Arzu Məmmədova, Polad Səfərov, Suqramüəlimə Məlikova, Mədinə Əliyeva, DİN İC təmsilçisi Elçin Xudaverdiyev, TN-n RİOEUGM-n təlimatçısı Vəfa Bağırova, GİN-n təmsilçisi M.Nəsibov və başqaları ulu öndərin həyat və yaracılığından ətraflı söhbət açıblar. Sonra Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənilib.
|