qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbuluna etiraz olaraq dəyirmi masa təşkil edib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev bildirib ki, senatda belə bir qanun layihəsinin qəbulu insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir. “Fransa Senatı tərəfindən uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında belə bir qərarın çıxarılması absurddur. Tarixçilərin araşdırmalı olduğu məsələyə dair Senat necə belə qəti qərar qəbul edə bilər, bu anlaşılan deyil. Elə isə faktların, dəlillərin soyqırım olduğunu sübut edən Xocalı faciəsini niyə Fransa soyqırım kimi qəbul etmir? Haqq-ədalət, insan hüquqlarının qorunması, beynəlxalq hüquq bəs hardadır? Azərbaycan həmişə Türkiyənin yanında olub, bundan sonra da olacaqdır. Təbii ki, bu məsələdə Azərbaycan ictimaiyyəti öz sərt mövqeyini bildirməlidir”. Tədbirdə bildirilib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Türkiyənin müxtəlif hökumət və qeyri-hökumət strukturları ilə birgə fəaliyyətlər ortaya qoymalı və bu işlərə dünyanın bütün ölkələrindən dəstək istənilməlidir. Tədbirdə Birliyin İdarə Heyətinin üzvü M.Seyidov, birliyin mətbuat və informasiya üzrə sədrin müşaviri J.Tofiqqızı, fəxri üzvü A.Əsədov, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi E.Xudaverdiyev, RİUOEG məktəbinin nümayəndəsi Ə Məmmədov, sədrin ictimai əlaqələrlər üzrə müşaviri N.Niftiyev və QHT nümayəndələri çıxış edərək bildiriblər ki, bununla bağlı müxtəlif aksiyaların, tədbirlərin, internet aksiyalrın keçirilməsi vacibdir.
|