Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda tədbir keçirib.
Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələr, idmançılar, məşqçilər, QHT nümayəndələri iştirak ediblər. qhtxeber.az-ın məlumatına görə, tədbiri GVB-nin Humanitar və Mədəniyyət şöbəsinin müdüri N.Qaçayev acaraq tədbir iştirakçılarını Gənclər Günü münasibəti ilə təbrik etdikdən sonra sözü GVB-nin sədri Muqmat Əliyevə verdi. Əliyev qeyd etdi ki, respublika prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı onların intellektual və fiziki potensiallarını daha da inkişaf etdirmək ücün hər cür çəraitin yaradılmasını təmin edir, gənclərin inkişafı yönündə coxsaylı proqram və layihələr həyata keçirilir: O qeyd etdi ki, 2 fevral Gənclər Günü kimi Ulu öndər H.Əliyevin sərəncamına əsasən 1996-cı ildən qeyd olunur. Prezident tərəfindən 2012-ci ilin “İdman İli” elan edilməsini önə çəkən Əliyev gənclərə tövsiyyə olaraq
...
Ardını oxumaq »