qhtxeber.az// Bu gün Gənc Vətənpərvərlər Birliyinin idarə heyətinin ilin yekunu ilə bağlı iclası keçirilib. qhtxeber.az-ın məlumatına əsasən, iclasda İdarə Heyətinin üzvləri, birliyin humanitar, səhiyyə, beynəlxalq və təşkilatı məsələlər üzrə sədrin müşavirləri, regional şöbələrin nümayəndələri iştirak etdilər.
İclası açan GVB-nin sədri Müqamət Əliyev öncə qarşıdan gələn Dünya Azərbaycanların Həmrəylik Günü və Yeni il münasibəti ilə birliyin üzvlərini təbrik etdikdən sonra gündəlikdə duran məsələləri açıqladı. O GVB-nin 2011–ci ildə gördüyü işlər barədə məlumat verdi. O 2011–ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən birliyin təqdim etdiyi “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların fiziki-psixoloji, ideoloji işin təşkili və maarifləndirilməsi məqsədilə Bakı şəhərində, həmcinin Qərb bölgələrində bir sıra tədbirlərin, seminar, konfrans və idman yarışlarının uğurla keçirildiyini qeyd etdi. M.Əliyev bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Dövlət bayrağı və Konstitusiya gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini vurğuladı.
Sonra MNTK sədri R.Hacıyevanın təşkilatın fəaliyyətinə dair geniş hesabatı dinlənildi. Sədr M.Əliyev MNTK hesabatını İdarə Heyətində səsə qoydu və yekdiliklə qəbul olundu. Həmçinin, iclasda gündəliyin 2-ci məsələsi - 2012 ci ildə görüləcək tədbirlər planın təsdiq olunması da İdarə Heyətində səsə qoyuldu və yekdilliklə qəbul olundu. Bundan başqa İdarə Heyətinin iclasında təşkilatı məsələlərlə əlaqədar Ələskər Baxışovun Odlar Yurdu Universitetinə səlahiyyətli nümayəndə təyin olunması, Dünya Azərbaycanların Həmrəylik günü və Yeni il münasibəti ilə, 20 yanvar, 2 fevral Gənclər Günü, Xocalı soyqırımı, Novruz bayramı və 31 mart Azərbaycanların soyqırımı Günü ilə əlaqədar Bakı və ətraf rayonlarda Gənclər və İdman İdarələri ilə birgə tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması müzakirə olunaraq təsdiqləndi.
Qeyd edək ki, iclasda Təşkilat Komitəsinin üzvləri GVB sədri Müqamət Əliyev, Birliyin KİV üzrə sədrin müşaviri Jalə Tofiqqızı, Gəncə şəhəri üzrə səlahiyətli nümayəndəsi Nigar Ələsgərova, şöbə müdirləri Elçin Axundov, Natiq Qacayev, Orxan Məmmədov, Ələskər Baxışov, Arif Əsədov, Əkbər Qurbanov, Şəlalə Azəri müəyyənləşdirildi.
|