qhtxeber.az Gənc Vətənpərvərlər Birliyi İvtimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində "Milli dövlətçiliyimizin memarı” mövzusunda elmi nəzəri - praktik konfrans və mühazirələr keçirib. qhtxeber.az-ın məlumatına görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin koordinatoru N. Qaçayev tədbirin mahiyyəti barədə məlumat verib. GVB –nin sədri, fəxri bədən tərbiyəsi və idman işçisi M. Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, böyük siyasi xadim, Ümummilli lider H. Əliyevin ideologiyasından, idarəçiliyindən və dövlətçiliyindən geniş söhbət açıb. Sonra M. Əliyev sentyabr - noyabr aylarında icra olunacaq layihənin məqsəd və vəzifələrindən ətraflı söhbət açıb. O, bildirib ki, layihə çərçivəsində ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində yeniyetmə və gəncləri dövlət və dövlətçilik, milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə ruhunda hazırlamaq vacib şərtlərdən biridir. Bundan əlavə, o, qeyd edib ki, milli qəhrəmanlarımızın həyat və sücaətindən, milli-mənəvi dəyərlərimizdən, adət - ənənərimizdən söhbət açılmalıdır: "Təəssüflə deyə bilərəm ki, gənclərin çoxu adət - ənənələrimizdən, milli mentalitetimizdən məlumatsızdırlar. Bu layihə çərçivəsində əsas məqsəd vətənpərvərliyin və dövlətçiliyin təbliğində yeniyetmə və gəncləri maarifləndirmək, onların dövlət və dövlətçiliyimizə sədaqətli olmalarına yardım etməkdir”. Milli karate federasiyasının vite-prezidenti, GVB-nin fəxri üzvü Zülfüqar Kazımov qeyd edərək bildirib ki, XX əsrdə Azərbaycanın öz dövlət müstəqiliyini bərqərar etməsi xalqımızın çoxəsirlik tarixində qazandığı ən böyük və mühüm nailiyyətdir. Bu gün Azərbaycanda hüquqi - demokratik dövlət quruculuğu prosesi gedir. Cəmiyyətimizin demokratikləşmə yolunda böyük addımlar atıldığını söyləyən Z. Kazımov onu da qeyd edib ki,Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən İlham Əliyev bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Təbii ki, bu, Heydər Əliyev ideyalarının inkişaf etdirilməsi naminə əvəzedilməz faktordur: "İlham Əliyev ümummilli liderimizin qurduğu dövləti yaşatmağa, onu daha da uca zirvələrə aparmağa qadir olan mükəmməl dövlət başçısıdır”. Beynaxalq Arbitiraj məhkəməsinin sədr müavini A. Əsədov, tarixçi S. Əliyev və digərləri belə layihələrin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında psixoloji və ideoloji işlərin gücləndirilməsindən söz açıblar. Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda iştirakçılara rəngli bukletlər, fəxri diplomlar, təsvirli köynəklər, eləcə də Ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin şəkli olan döş nişanları təqdim edilib. http://qhtxeber.az/news/a-26438.html
|