Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin "Xalq Qəzeti"ndə yazısı dərc olunmuşdur. Ölkəmizdə əmək haqlarının, müavinət və pensiyaların, təqaüdlərin , o cümlədən , minimum əməkhaqqının növbəti dəfə artırılması faktı qədirbilən xalqımız tərəfindən böyük məmnunluqla qarşılandı. Ancaq bilavasitə bizim birliyin təmsilçiləri olan insanların - tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması məsələsi daha böyük önəm kəsb edir.
Çünki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bugünkü tələbələrin hər biri müstəqil dövlətimizin sabahını təmin edəcək kadrlar ordusunun təmsilçisidir. Məhz həmin prinsipləri əsas tutan Azərbaycan dövləti həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Dövlət Gənclər siyasətinin əsas
...
Ardını oxumaq »
|
|