Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Sentyabr » 12 » GVB elmi konfrans keçirib
12:38
GVB elmi konfrans keçirib
Prezident yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz "yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihə çərçivəsində "Vətənpərvərlik insanların fiziki və mənəvi
sağlamlığı şüurun inkişaf etməsi idmanla bədən tərbiyəsi ilə sıx bağlıdır” mövzusunda elmi nəzəri-praktik konfrans keçirilib.
AZADİNFORM xəbər verir ki, konfransda layihənin koordinatoru N.Quliyev tədbirin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri fəxri bədən tərbiyəsi və idman işçisi M.Əliyev bildirib ki, layihə çərçivəsində ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gənclərə milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə təbliğ edilməlidir: "Təssüflə deyə bilərəm ki, gənclərin çoxu adət ənənələrimizdən, milli mentalitetimizdən, milli və tarixi qəhrəmanlar haqqında məlumatsızdırlar. Bu layihə çərçivəsində əsas məqsəd vətənpərvərlik ruhunda yeniyetmə və gəncləri maarifləndirmək onları milli qəhrəmanlarımıza, Milli rəmzlərimizə, mili əxlaqi dəyərlərimiz, ətraf mühitə biganə olmamaları kütləvi bədən tərbiyəsi və idmanın təbliğinə və fiziki-mənəvi hazırlığının nəzəri baxımından ibarət olacaq”. Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Ukraynada boks üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyin bürünc mükafatçısı Tanrıverdili Hüseyn İlqar oğluna GVB-n fəxri Fərmanı və H.Əliyevin əksi olunmuş döş nişanı təqdim edilib.

azadinform.az http://www.azadinform.az/news/a-53694.html
qhtxeber.az http://qhtxeber.az/news/a-25928.html
Baxışlar: 567 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024