Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » May » 7 » GVB-dən çağırış: “Narkotikə yox deyək, gələcəyimizi qoruyaq”
13:33
GVB-dən çağırış: “Narkotikə yox deyək, gələcəyimizi qoruyaq”
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Narkotiklərdən əl çəkək” devizi alttında gənclərin iştirakı ilə regionlara avto turun təşkil olunması və idman yarışların keçirilməsi adlı layihə çərçivəsində növbəti tədbirini keçirib. qhtxeber.az-ın verdiyi məlumata görə, Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdə ulu öndər H.Əliyevin anadan olmasının 89 -cu ildönümünə həsr olunmuş “H.Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu və məktəblərdə fiziki hazırlıq vasitəsilə antinarkomaniyaya qarşı təşəbbüslər və maarifçilik fəaliyyətinin aşılanması” mövzusunda keçirilən tədbiri giriş sözü ilə acan məktəbin direktoru Şüküfə Axundova tədbir iştirakçılarını salamlayaraq Ümummilli liderin həyat və fəaliyyətindən danışaraq bildirdi ki, Ulu öndər H.Əliyev zəngin bir dövlət idarəçiliyi ənənəsi formalaşdırıb. Layihənin rəhbəri M.Əliyev layihə çərçivəsində keçirilən müxtəlif tədbirlərdən danışdı və bildirdi ki, sağlam həyat tərzi prinsiplərinə riayət etməyən, müxtəlif zərərli vərdişlərin təsirinə düşən gənclərimiz var.
Məktəbin ədəbiyyat müəlliməsi, birliyin məktəbdə səlahiyyətli nümayəndəsi Quliyeva Şəlalə bildirdi ki, ümumtəhsil məktəblərində narkomaniyaya qarşı geniş marifləndirmə işlərin aparılması vacibdir.
Ekpert psixoloq Ə.Abbasquliyev, sabiq polis polkovniki Arif Əsədov mövzu ilə bağlı ətraflı danışaraq narkotiklərə düçar olan gənclərdən söhbət açdılar, məsləhətlər verdilər. .
Layihənin rəhbəri M.Əliyev məktəbin kollektivinə layihə çərçivəsində keçirilən tədbirlərə şərait yaratdıqlarına görə birliyin İdarə Heyəti və təşkilat komitəsi adından öz təşəkkürünü bildirdi və bütün ictimaiyyəti bu sahədə maarifləndirmə işlərində fəal olmağa çağırdı. “Narkotikə yox deyək, gələcəyimizi qoruyaq”.
Sonra məktəbin zalında ulu öndər H.Əliyevə həsr olunmuş şerlər dinlənildi, diskussiya aparıldı. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi E.Bağırlı, GİN-nin məsul işçisi M.Nəsibov, həkim S.Bağırzadə, GVB-nin KİV-lər üzrə müşaviri J.Tofiqqızı, QHT-lərin nümayəndələri, idmançılar, məşqçilər iştirak edirdilər.
Əlavə etmək: Şəkil 1
Baxışlar: 871 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2012  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024