Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Avqust » 22 » Gənclər fondun maliyə dəstəyi ilə "Hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunun rolu"mövzusunda
14:29
Gənclər fondun maliyə dəstəyi ilə "Hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunun rolu"mövzusunda
cəbasar | Qarabağ | Mərkəzi Aran | Mil-Muğan | Naxçıvan | Tovuz-Qazax | Şəki-Zaqatala | Şimal Şərq | Sumgayıt
Gənc Vətənpərvərlər Birliyi gənclərlə vətənpərvərlik mövzusunda təlim keçirib
Şrift ölçüsü
22 Avqust 2012 [15:11] - Yeni nəsil

Gənc Vətənpərvərlər Birliyi “Hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunlarının rolu” mövzusunda elmi-nəzəri praktiki konfrans və təlim keçirib.
Gün.Az xəbər verir ki, konfrans Gənclər Fondunun maliyə dəstəyi ilə “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolu” adlı layihə çərçivəsində Milli Karate Federasiyası ilə birgə baş tutub.
Tədbirdə həmçinin A.Əskərov, layihə köməkçisi N.Quliyev, federasiyanın məşqçisi C.Hacıyev, məşqçi
M.Həsənov və başqaları da iştirak ediblər.

Konfransda çıxış edən layihə rəhbəri M.Əliyev layihə çərçivəsində ay ərzində keçirilən tədbirlərin uğurlarından və psixoloji cəhətdən hazırlığından söhbət açdı.

Layihədə iştirak edən könüllü ekspert V.Xəlilov isə bu yönlü tədbirlərin keçirilməsində könüllü iştirak edən gənclərin fəallığından söhbət açaraq qeyd edib ki, hərbi idman oyunlarına peşəkar yanaşmanı təşkil etmək vacib arqumentlərdən biri olmalıdır.

Milli Karate Federasiyasının baş katibi C.Seyidov da bu yönlü layihənin vacibliyindən söz açaraq bildirib ki, hərbi vətənpərvərlik tərbiyəsi işini daha da inkişaf etdirmək və möhkəmləndirmək üçün təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə işlərin aparılmasına ehtiyac duyulur.

Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda idman ictimaiyyətinin nümayəndələrinə, iştirakçılara və qonaqlara rəngli bukletlə, təsvirli köynək və ümummilli lider Heydər Əliyevin əksi olan döş nişanı paylanıb.

Fidan Əliyeva
Gün.Az
URL: http://www.gun.az/nesil/47995
Baxışların sayı: 47
Xəta barədə xəbər vermək
Baxışlar: 534 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Avqust 2012  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024