rbiyəsində psixoloji amillərin rolunun artırılması istiqamətində çalışır
+ - Çap Yerləşdirilib: 08.08.12 | Baxılıb: 39
“Gənc Vətənpərvərlər” İctimai Birliyi yeni “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolunun artırılması” adlı layihəyə start verəcək. qhtxeber.az-a verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq.
İctimai Birliyin rəhbəri Muğan Əliyevin sözlərinə görə, layihə iki ay davam edəcək və iki mərhələdən ibarət olacaq.
Birinci mərhələdə əsasən gənclərin vətənpərvərlik tərbiyəsi, bədən tərbiyəsi, idmana fiziki hazırlıq və hərəkət qabiliyyətlərinin inkişaf etdirilməsi həyata keçiriləcək. Həmçinin gənclərin əxlaqi tərbiyəsinin psixoloji tərəfləri, onların ətraf mühitdən təsirləndiyi məqamlar, müasir maarifləndirmə tendensiyasının öyrənilməsi də bu mərhələdə baş tutacaq.
İkinci mərhələdə isə “Vətənpərvər kimdir?” mövzusunda sorğu aparılacaq.
Diqqətini
...
Ardını oxumaq »