Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » İyun » 15 » Çingiz Mustafayevin şehid olmasından 18 il keçir
17:55
Çingiz Mustafayevin şehid olmasından 18 il keçir

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da herbçi ailesinde anadan olub. 1983-cü ilde Azerbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ilde yaratdığı "Cengi" birliyindeki fealiyyeti ile Azerbaycan genclerinin lideri seviyyesine yükselib. Bu Sovet İttifaqında başlanan yenileşme prosesinin Azerbaycanda teşekkül tapan ilk yetkin tezahürü idi. Azerbaycanın medeni-ictimai heyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında teqdim etmekde idi.
Ermenistanın Azerbaycana qarşı Qarabağ tecavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ilden Azerbaycan Dövlet Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azerbaycan miqyasında fealiyyet göstermekle kifayetlenmedi. Onun reportajları informasiya blokadasında olan Azerbaycan haqqında gerçekliklerin Amerika ve Avropanın aparıcı teleagentlikleri ve televiziyalarına yol tapdı. Dövlet televiziyasında mövcud olan senzura ve ciddi yasaqlar Çingiz Mustafayevi geniş fealiyyet imkanlarından mehrum edirdi. Ona gere de Çingiz elahidde olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının teşebbüskarı ve yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cebheden olduğuna göre 215 kl studiyasını da tamaşaçılar mehz müharibeden melumat veren telequrum kimi qebul edirdiler.
Çingiz Mustafayev Azerbaycan-Ermenistan müharibesinin 1992-ci ile qeder olan dövrünün esl salnamesini yaratdı. Ölkenin döyüş geden bütün bölgelerinden operativ xeberler, ayrı-ayrı eskerler haqda xüsusi reportajlar ve bütün bunlarla yanaşı Azerbaycanda geden siyasi prosesler barede etraflı informasiyalar onun müellifliyi ile perveriş tapırdı. Çingiz Mustafayev Azerbaycan tamaşaçısına her bir reportajı ile tanış olsa da, dünya onu daha çox Xocalıda çekdiyi filmle tanıdı. Çingiz Mustafayevin mehz bu filmi ile Ermenistanın imici bütün dünyada ciddi sarsıntıya meruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cebhede bir esker, zabit ve hetta komandan kimi çox vezifeni öz üzerine götürürdü. Laçından çıxan eskerlerle onun geri qayıtmaq berede verdiyi keskin ve qısa gösterişler, bu emrlerin yerine yetirilmediyi teqdirde Çingizin emosional davranışı en yeni teletarixin en dramatik sehifeleridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cebhede yarandığı kimi cebhedede helak oldu. 1992-ci ilin iyun ayının 15-de Ağdamın Naxçıvanik kendinde çekiliş zamanı aldığı mermi qelpesinden helak olan Çingiz sonadek kameranı söndürmedi. Bu hem de onun ölenden sonra da yaşağacağına işare idi.
Çingiz Mustafayev 1993-ci ilden Azerbaycanın Milli Qehremanıdır.
Baxışlar: 990 | Əlavə etdi: GVB | Reytinq: 3.3/3
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2010  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2019