Snayperlə vurulan əsgər Gülhanə Hərbi Tibb Akademiyasına göndərilməlidir
Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 18 yaşlı Elnur Hüseyn oğlu Ələkbərov Ermənistan silahlı qüvvələrinin açdığı snayper gülləsinə tuş gəlib.
Hadisə may ayının 17-də baş verib. Güllə əsgərin baş nahiyəsindən dəyib. Təcili xəstəxanaya yerləşdirilən E. Ələkbərovun həyatını uzun sürən əməliyyatdan sonra xilas etmək mümkün olub. O, daha sonra, iyunun 8-də Bakıya gətirilərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalının neyrocərrahiyyə bölməsinə yerləşdirilib.
Əsgərin valideyninin sözlərinə görə, Mərkəzi Hərbi Klinik Hospitalın rəisi Asif Qurbanovun tərtib etdiyi epikrizdə (xəstəlik tarixçəsi) deyilir ki, E. Ələkbərov başın diametral deşib keçən güllə yarası alıb. Aparılan müalicə tədbirlərinə baxmayaraq hazırda xəstənin şikayətləri qalır və bu səbəbdən xəstənin yüksək ixtisaslı müalicə və reabilitasiya mə
...
Ardını oxumaq »