Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » İyun » 15 » Bu gün Azerbaycanda Milli Qurtuluş Günüdür
17:49
Bu gün Azerbaycanda Milli Qurtuluş Günüdür
17 il evvel ölkede başlanan vetendaş müharibesi hakimiyyeti Heyder Eliyevi Bakıya devet etmeye mecbur etdi
1993-cü ilin iyununda Azerbaycan vetendaş müharibesi tehlükesi ile üz-üze qalmışdı. Ermenilerin elan olunmamış herbi tecavüzüne meruz qalan Azerbaycanın daxilinde qardaş qırğınının başlanması, vetendaş müharibesine zemin yaranması, ayrı-ayrı bölgelerde ise separatçılıq ve parçalanma meyllerinin baş qaldırması, Azerbaycının bir dövlet kimi varlığına birdefelik son qoyulması planı tam gücü ile işe salınmışdı. İki illik müsteqillik tarixine baxmayaraq, ölke tebeddülatlar dalğasından hele de xilas ola bilmemişdi. 1993-cü il iyunun 4-de Gencede polkovnik Suret Hüseynovun nezareti altında olan herbi hissenin hakimiyyete itaetsizliyi ise ölkeni tamamile xaosa sürükleyir. Situasiyanı nezarete almaq üçün hakimiyyetin atdığı telesik addımlar veziyyeti düzeltmedi. Eksine, Genceye yola düşen dövlet nümayendeleri girov götürüldü. Qiyamçı herbi hissenin rehberliyi evvelce Baş nazir ve Milli Meclis sedrinin, sonra ise prezidentin istefasını teleb edir. Veziyyet nezaretden çıxır. Etraf rayonların icra başçıları zorla deyişdirilir. Suret Hüseynovun etiraz aksiyası mehdud Gence civarlarından çıxaraq, üzü Bakıya geniş miqyas alır. Artıq vetendaş müharibesi başlanmışdı. Ölenler ve yaralananlar var idi. Dövleti mehv olmaqdan xilas etmek iqtidarında olmayan iqtidarın yegane çıxış yolu qalır-Naxçıvan Ali Meclisinin sedri Heyder Eliyevi bakıya devet etmek.
Bakıya qayıdandan sonra Suret Hüseynovla danışıqlar aparmaq meqsedile Genceye yola düşen Heyder Eliyev Milli Meclisin iclasında Gencede baş verenlerle bağlı arayış verir. Belelikle, iyunun 15-de Milli Meclisde Heyder Eliyev istefa vermiş İsa Qemberin yerine parlamentin sedri seçilir.
Sonralar millet vekilleri 15 iyun tarixinin teqvime Azerbaycanın Qurtuluş günü kimi salınması teklifi ile çıxış etdiler ve Milli Meclis bu teklifi beyendi. O vaxtdan Heyder Eliyevin yeniden hakimiyyete qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
anspress
Baxışlar: 581 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2010  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2019