Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Fevral » 20 » Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda tədbir keçirilib.
10:44
Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda tədbir keçirilib.
QHT-dən “Narkomaniya problemi ümumbəşəri problemdir”
+ - Çap Yerləşdirilib: 17.02.16 | Baxılıb: 23

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb.
Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində 210 milyon narkoman qeydə alınıb. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M. Əliyev onu da qeyd edib ki, hazırda ölkədə 26 min 786 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. QHT sədri fikirlərini “Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!” sözləri ilə bitirib.

Məktəbin direktoru A. Baxşıyeva bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini S. İbrahimli qeyd edərək bildirib ki, milli-mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçirilməsinə ehtiyac var .

Tədbirdə ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Hamlet
Baxışlar: 435 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2016  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
2829
Yazıların arxivi
Design by UsiGroup  © 2024