Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Oktyabr » 15 » Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib
15:40
Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib
Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi “Gənclər vətənpərvərlik ruhunda ” adlı layihə çərçivəsində Dövlət Müstəqiliyi günü münasibətilə 247 saylı tam orta məktəbdə “Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, vətənpərvərliyin təbliğ olunması istiqamətində orta və ali məktəblərdə işlər görülməlidir.
Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir, ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqiliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqiliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”: “Dünyanın görkəmli siyasətçiləri, strateqləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqiliyimizin sükanı arxasında inamla, qətiyyətlə dayanıb”. Layihə üzrə təlimçi ,aprel döyüşünün əfsanəsi , Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor Asif Rəsulov qeyd etdi ki, Silahlı Qüvvələrdə keçirilən islahatlar və ordumuzun formalaşması prosesi barədə iştirakçılara informasiya verib. Asif Rəsulov bildirib ki, dövlətin orduya diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur. Ölkə rəhbərliyi hərbi sahəni daim diqqətində saxlayır və dövlətin maliyyə resurslarının imkan verdiyi qədər ordunun silah-sursat, hərbi texnika təchizatının müasir standartlara uyğun olaraq yenilənməsini təmin edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan müasir silah sistemləri, hərbi texnika alınmasına ən çox maliyyə vəsaiti ayıran ölkələrdəndir.
Konfransda çıxış edənlər ,məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Gülnar Qorodayev ,hərbi rəhbər Zülfüqar Mehdiyev , layihə üzrə təşkilat komitəsinin üzvləri T.Qarayev, L.Hüseyinova,L.Səmədova, 11 çi sinif şagirdi F.Musayeva bildiriblər ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıblar.
Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə məktəbdə GVİB-n dayaq mərkəzin sədri , məktəbin direktoru Nihal Hacıyeva fəxri diplomla təltif edildi
Sonda mövzulara aid foto slaydlar və video çarxlar nümayiş olunmuş, verilən suallar cavablandırıklıb.
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı.

GVİB-n KİV üzrə şöbəsi
Baxışlar: 217 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2019  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024