Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » İyun » 26 » 92 yaşlı Azerbaycan Ordusu
18:00
92 yaşlı Azerbaycan Ordusu
26 iyun 1918-ci ilde Gencede fealiyyet gösteren Milli Şura Azerbaycan Milli Ordusunun yaranması haqqında qerar qebul edib

Bu gün Azerbaycan Silahlı Qüvvelerinin yaranmasından 92 il ötür. Geostrateji mövqeyine göre, böyük dövletlerin maraqlarının kesişdiyi ölke olan Azerbaycanda Demokratik Respublikanın yarandığı günden, dövletçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqametinde addımlar atıldı. 1918-ci il mayın 28-de qebul edilmiş “İstiqlal beyannamesi”nde qeyd edilirdi ki, Azerbaycan özünü xarici müdaxilelerden müdafie etmek, daxili düşmen qüvvelerini zerersizleşdirmek üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvelerini yaratmalıdır. Çünki müsteqil ordusu olmayan dövletin milli dövletçiliyi hemişe yadellilerin tehlükesi altında yaşamağa mehkumdur.
Belelikle, bir ay sonra-26 iyun 1918-ci ilde Gencede fealiyyet gösteren Milli Şura Azerbaycan Milli Ordusunun yaranması haqqında qerar qebul etdi. 25 min neferlik ordu yaratmaq vezifesi ireli sürüldü. Dövlet büdcesinin 24 faizi herbi meqsedlere serf edildi. Avqustun 1-de ise Herbi Nazirlik tesis olundu. Azerbaycanın ilk müdafie naziri Xosrov bey Sultanov olub. Sonra onu herbi nazir postunda general Semed bey Mehmandarov evezleyib. General-leytenant Elağa Şıxlinski ise nazir müavini teyin edilib. Azerbaycanda ilk herbi parad da bir il sonra-1919-cu ilde Bakıda indiki Muzey merkezinin yerleşdiyi erazide keçirilib. Qısa müddetde Milli Ordu Osmanlı dövletinin Qafqaz İslam Ordusu ile birlikde Bakını ve etraf qezaları ermeni-bolşevik işğalından xilas etdi. Azerbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Hemid Qaytabaşı, Kazım Qacar, Cavad bey Şıxlinski, Hebibbey Selimov kimi generalları, genc yaşlarından esger getmiş herbi piyada mektebini bitirmiş Azerbaycan diviziyasının zabiti Ebdürrehman Fetelibeyli Düdenginski kimi bacarıqlı herbçileri olub.
Güclü herb enenesi olsa da, ikinci defe müsteqillik qazandıqdan sonra ölkemiz bu sahede ciddi böhranla üzleşdi. Nizami orduya malik olmayan Azerbaycanın qarşısında duran esas iş Qarabağ uğrunda geden döyüşlerde veziyyeti nezaret altına almaq idi ki, bu da çox çetinlikle heyata keçirilirdi. Ordunun maddi-texniki teminatı problemlerle müşayiet edilirdi. Ancaq tedricen müharibedeki meğlubiyyetlerin qarşısını almaq üçün ölkenin bütün imkanları milli ordu quruculuğuna seferber edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismen herbi seferberlik ve orduya çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Azerbaycanın ikinci prezidenti Ebülfez Elçibeyin hakimiyyeti zamanında Bakıda keçirilen herbi parad orduya olan inam ve marağı, elece de vetenperverlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkemizde peşekar ordu quruculuğunun esası ise 1993-cü ilin sonlarında qoyuldu. Mehz hemin vaxtdan ordu quruculuğuna elmi prinsiplerle yanaşıldı, silahlı qüvveler perakendelikden xilas oldu, ordudakı siyasileşmeye son qoyuldu. Heyder Eliyev hakimiyyeti dövründe hem prezident, hem de ali baş komandan olaraq, ordunun qüdretli olmasına diqqeti yöneltdi.


Prezident Heyder Eliyevin 22 may 1998-ci il Serencamına esasen, Elahidde Azerbaycan Korpusunun yarandığı gün - 26 iyun Azerbaycan Respublikasının Silahlı Qüvveler Günü elan olundu ve her il bu tarix resmi dövlet bayramı kimi qeyd edilir.

Bu gün Qafqazda en müasir ordu hesab olunan Azerbaycan Milli Ordusu Herbi Hava ve Hava Hücumundan Müdafie, Herbi Deniz ve Quru qoşunlarından ibaretdir. Bu qoşun növleri potensial reqible qırıcı ve bombardmançı teyyarelerle effektiv mübarize aparmaq iqtidarındadır. MDB çerçivesinde Azerbaycan hava hücumundan müdafie qüvvelerine malik en güclü ölkelerden sayılır. Büdce vesaiti ilden-ile artırılan Azerbaycan Silahlı Qüvvelerinin buna müvafiq olaraq herbi imkanları da genişlenir.

Baxışlar: 1911 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2010  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2019