Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Mart » 3 » 5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib
07:57
5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib
5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi "5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə "İdmanın inkişafı sağlam nəsil, basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan Vətən deməkdir” mövzusunda Gənclər Fondun təşkilatcılığı və dəstəyi ilə tədbir keçirib.
GVİB sədri,İctimai xadim, Karate -do üzrə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev qeyd edib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: "Azərbaycanda idmanın inkişafı kütləvi bədən tərbiyəsinin təməlini qoyan, növündən asılı olmayaraq idmanı inkişaf etdirən, beynəlxalq arenada tanıdan məhz ulu öndər Heydər Əliyev olub”. O vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Milli Olimpiya Komitəsinin işinin təkmilləşdirilməsi Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin idmana olan qayğı və diqqətinin nəticəsidir.
Tədbirdə ,GVİB İdman Departamentin rəhbəri ,Kempo karate üzrə dünya çempionu Şəmsi Quliyev qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə, milli və döyüş ruhunu, vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanması ən vacib məsələlərdən biridir.
GVİB -n Sulu təpə üzrə nümayəndəsi .Avropa çempionu Abdulla Abdullazadə vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından idmanın bir növü ilə məşhul olmaqla yanaşı vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib.
Diger çıxış eden idmancılarda bildirdilər ki, Azərbaycanda idmanın inkişafı kütləvi bədən tərbiyəsinin təməlini qoyan, növündən asılı olmayaraq idmanı inkişaf etdirən, beynəlxalq arenada tanıdan məhz ulu öndərin adı ilə bağlıdır”
GVİB -n KİV şöbəsi
Baxışlar: 88 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024