Gənc Vətənpərvərlər İctimai Birliyi 31 mart soyqırımına həsr edilmiş tədbir keçirilib
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Ermənilərin törətdikləri soyqırımlara və terrorlara son qoyulmalıdır” mövzusunda keçirilən tədbirdə qurumun yerli şöbələrinin, birliyə üzv olan təşkilatların, idman ictimaiyyətinin nümayəndələri və digər qurumların əməkdaşları iştirak ediblər.
Əvvəlcə mart soyqırımında qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən layihə rəhbəri Müqamət Süleyman oğlu bildirib ki, Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 mart soyqırımına hüquqi-siyasi qiymət verilib. Sonra qeyd edilib ki, ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırım siy
...
Ardını oxumaq »