Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Yanvar » 16 » 20 yanvar faciyəsinin 22 iliyinə həsr olunmuş tədbir
12:42
20 yanvar faciyəsinin 22 iliyinə həsr olunmuş tədbir
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi qan yadaşımızdır” mövzusunda tədbir keçirdi. qhtxeber.az-ın məlumatına əsasən, tədbiri GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 yanvar faciəsində baş verənlər barədə ətraflı danışdı. O, qeyd etdi ki,19 yanvar 1990-cı ildə Bakı və ətraf rayonlarda Sovet imperiyasınn təşkil etdiyi başda M.Qarbaçov olmaqla, SSRİ daxili işlər naziri Bakatin, SSRİ müdafiə naziri Yazov və başqalarının iştirakı ilə dinc əhaliyə silah tətbiq edərək Bakı şəhərində 131 nəfər xüsusi amansızcasına qətlə yetirildi. Həmin hadisdələr zamanı 800 nəfərdən çox adam yaralandı, 200 mənzil talan edilərək yandırıldı, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, küllü miqdarda dövlət əmlakına ziyan vuruldu. M.Əliyev bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, o vaxt ölkədə milli-azadlıq mübarizəsi açıq xarakter daşımağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanda gedən siyasi proseslərin birləşməsinə, ölkəmizin Sovet imperiyasına qarşı mübarizəsinə güclü təkan verdi. O, vətənə dönərək Azərbaycanın azadlığı uğrunda gedən mübarizənin əsas simasına çevirildi. Heydər Əliyev 20 yanvar faciəsinə siyasi-hüquqi qiyməti 21 noyabr 1990-cı il Naxçıvanda Ali Məclisdə verdi. Milli Məclisdə 20 yanvar cinayətkarlarının kim olduğu araşdırıldı və xalqa çatdırıldı. “Ulu öndər 20 Yanvar şəhidlərini əbədiləşdirdi” deyən M.Əliyev onu da qeyd etdi ki, hər birimiz hadisə ilə bağlı çox fikirlər söyləyə bilərik: “20 yanvar faciəsi ilə bağlı ümumtəhsil məktəblərində,dövlət müəsisələrində bir QHT olaraq maariflənmə işləri aparmaqla yanaşı, 20 yanvar faciəsini törədənlər haqqında dünya ictimayyətinə catdırmalıyıq”. Sonra sədr M.Əliyev bildirdi ki, hadisələrdən 22 il keçməsinə baxmayaraq, 20 Yanvar faciəsini törədənlər hələ də məhkəmə məsuliyyətinə cəlb olunmayıblar: “Bütün dünya bilir ki, bu hadisəni MK katibi M.Qorbaçov və onun komandası törədib. Bakatin, Qorbaçov, Yazov və bu hadisənin digər iştirakçıları xalq qarşısında cavab verməlidirlər”. M.Əliyev bir daha vurğuladı ki, Azərbaycan xalqı müstəqillik uğrunda şəhid olanları daim qəlbində yaşatmalı və gələcək nəsil bilməlidir ki, müstəqilliyimiz uğrunda şəhid olanların ailələrinə hər zaman hörmət və ehtiramla yanaşılmalıdır. Tədbirdə Birliyin İdarə Heyətinin üzvü M.Seyidov, birliyin mətbuat və informasiya üzrə sədrin müşaviri J.Tofiqqızı, fəxri üzvü A.Əsədov, 20 yanvar əlili E.Məmmədov, R.Əsədli, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi E.Xudaverdiyev, RİUOEG məktəbinin nümayəndəsi Ə Məmmədov, sədrin ictimai əlaqələrlər üzrə müşaviri N.Niftiyev və QHT nümayəndələri 20 yanvar faciəsində yaşananlar barədə danışdılar, faciənin törədənlərlə bağlı faktlar əsasında çıxış etdilər. Sonra bildirildi ki, birliyin regional şöbələri - Bakıda Səbayil,Yasamal, Xətai və Gəncə, Samux, Şəmkirdə və digər rayonlarda İdman idarələri ilə birgə 20 yanvar faciəsinə həsr olunmuş idman tədbirləri və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Tədbirin sonunda Şəhidlər Xiyabanı ziyarət edildi, 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri qoyuldu.
Baxışlar: 653 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024