Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik.
Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların mənasını yeniyetmə və gənclərə aşılamaq Gənc Vətənpəərvərlər İctimai Birliyin öhdəsinə düşür.
Gənclərə Vətəni sevmək, Vətənə bağlılıq, fiziki-mənəvi,psixoloji hazırlıq ,vətənpərvərlik və milli qürur hissinin aşılanmasına təşkilat sədr olaraq səy göstərirəm.
Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini q
...
Ardını oxumaq »